Sodanın müalicəvi faydaları

01 Temmuz 2019
315
0
Sodanın müalicəvi faydaları
Ağ rəngli kristallik toz olan soda zəif duzlu və ya qələvi dada malikdir. Soda suda çox yaxşı həll olur, spirtdə isə demək olar ki, həll olmur. Rütubətli yerdə və əsasən yüksək temperaturlu suda həll olanda karbon qazı ifraz edir. Çay sodası bəşəriyyətə lap qədim zamanlardan, hətta paleolit dövründən məlumdur. XVIII əsrdən başlayaraq soda mətbəxdə, elmi təbabətdə və xalq təbabətində istifadə edilir.

Feat.Az
bildirir ki, soda qanın əsas tərkib hissələrindən biri kimi plazma və limfanın tərkibinə daxildir, hüceyrələrdə maddələr mübadiləsinin getməsini təmin edir. Soda bir çox xəstəliklərin müalicəsində tətbiq olunur.

İlk rəngli karandaş 1683-cü ildə Almaniyada yaradılsa da, keyfiyyətli deyildi, lakin sonradan istehsal prosesinə sodanın əlavə edilməsi ilə daha keyfiyyətli və möhkəm karandaşlar yarandı. Rusiyada XIII-XIV əsrlərdə qarpız dilimlənərək sodalı suda isladılır və ondan dadlı çərəz hazırlanırdı. Qarpızı uzun müddət saxlamaq üçün də sodadan istifadə edilirdi. Yanğının üzərinə quru suda tökülməsi onun qarşısını alır. Qoxu gələn yerlərə soda səpilməsi iyin çəkilməsinə səbəb olur. Üzgüçülər əzələdə süd turşusunun miqdarını azaltmaq üçün dopinq kimi sodadan istifadə edirlər.

Südə qarşı allergiya zamanı soda məhlulu ilə inhalyasiya etmək olar. Həmin məhlula şam, evkalipt və rozmarin bitkilərinin efir yağlarından əlavə edilməsi daha yaxşı nəticə verir.

Soda orqanizmdə olan artıq mayeni xaric edir və ona görə də hipertoniyada tətbiq edilir. Sodanın hipertoniya əleyhinə dərmanlarla birgə qəbulu müsbət səmərə verir və dərman dozalarının azaldılmasına yardımçı olur.

Turşu yanıqları zamanı soda məhlulu təcili neytrallaşdırıcı təsir göstərir. Günəş şüalarının yandırdığı nahiyələrin sağalması üçün də soda vannası çox səmərəlidir.

Tərdən pis qoxu gəlirsə, hamamda yuyunanda qoltuqaltı nahiyələrə və ayaq altına soda çəkmək olar. Ayaqqabıdan pis qoxu gələndə onun içini soda ilə sürtmək və ya soda səpib müəyyən müddət saxlamaq lazımdır.

Damaqlarda dolama əmələ gələndə həmin nahiyə qaynar sodalı məhlulla qarqara edilir.

Dəri ağcaqanad sancmasına qarşı həssas olanda sancma nəticəsində yerli allergik reaksiya - qaşınma, qızartı və şişkinlik yaranır. Qaşınmanın qarşısını almaq üçün sancma yerlərinə soda məhlulu ilə islatma qoyulur.

Ev şəraitində bir qədər soda sabun köpüyü və ya duş geli ilə qarışdırılıb nəmli üz dərisinə çəkilir, dairəvi masaj hərəkətlərinin köməyi ilə dəridəki ölü hüceyrələr təmizlənir, dəri məsamələri açılır. Bununla yanaşı soda yaxşı yumşaldıcı və iltihab əleyhinə vasitə sayılır.
Mənbə:AZƏRTAC

ƏN SON XƏBƏRLƏR

HAMISI
Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (32)
21:00
694

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (32)

19.10.2019 Gündəlik Bürclər (19 Oktyabr 2019 Günlük Bürclər)
20:00
1 485

19.10.2019 Gündəlik Bürclər (19 Oktyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (294)
19:00
725

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (294)

Axtar Onu Yazılı Şəkilləri 2019 (4)
18:00
789

Axtar Onu Yazılı Şəkilləri 2019 (4)

Bədənimizin ƏN ÇOX EHTİYAC DUYDUĞU 3 vitamin
17:00
169

Bədənimizin ƏN ÇOX EHTİYAC DUYDUĞU 3 vitamin

İki Kappuçino Yazılı Şəkilləri 2019 (27)
15:00
626

İki Kappuçino Yazılı Şəkilləri 2019 (27)

Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARI
14:00
146

Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARI

Bürclər Haqqında Maraqlı Məlumatlar (610) - Fotolar
13:00
436

Bürclər Haqqında Maraqlı Məlumatlar (610) - Fotolar

Uşağın başı nə zaman böyük və ya balaca sayılır?
12:00
171

Uşağın başı nə zaman böyük və ya balaca sayılır?

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ