Arıqlama prosesini sürətləndirmək üçün...

18 iyun 2019
322
0
Arıqlama prosesini sürətləndirmək üçün...
Diyetologiya və sağlam qidalanma üzrə mütəxəssislər cəmi bir həftə ərzində çəkini effektli şəkildə azalda bilən üsul barədə məlumat veriblər. Alimlər əmindirlər ki, sürətli arıqlamaqdan ötrü duzdan istifadəyə məhdudiyyət qoyulması vacibdir.

Feat.Az
AZƏRTAC-a istinadən bildirir ki, bir çoxları xüsusən yay məzuniyyətindən əvvəl artıq çəkidən azad olmaq istəyir. Alimlər piylənməyə qarşı mübarizəyə və çəkinin optimallaşdırılmasına yönələn müxtəlif üsul və sistemləri dəfələrlə bütün dünyaya təqdim ediblər. Alimlərin işləyib hazırladıqları yeni üsul kardiosistemə istiqamətlənən kompleks hərəkətlərdən ibarətdir. Müntəzəm qaçış və üzgüçülük məşğələləri qarın nahiyəsində piylərin azalmasına kömək edə bilər. Alimlər qeyd edirlər ki, bununla yanaşı, fiziki hərəkətləri seçərkən şəxsi parametrlər və orqanizmin xüsusiyyətləri mütləq nəzərə alınmalıdır.

Arıqlama dövründə tərkibində yüksək miqdarda karbohidratlar olan rafinə edilmiş ərzaqlar tamamilə rasiondan çıxarılmalıdır. Bu, onların metabolizmə mənfi təsirinin aradan qaldırılmasına kömək edəcək. Bundan başqa rasionda təzə tərəvəzlər və dənli bitkilərdən ibarət ərzaq məhsulları üstünlük təşkil etməlidir. Həmçinin omeqa-3-yarıdoymamış yağ turşuları ilə zəngin olan dəniz balığı yemək faydalıdır. Bu, orqanizmi ürək-damar sistemi xəstəliklərindən qoruyur və piyləri effektli şəkildə əritməyə kömək edir.

Gün ərzində azı dörd litr su içmək və qəbul edilən duzun miqdarına ciddi nəzarət də faydalı olardı. Belə halda səhər yeməyinə yüksəkzülallı qida - toyuq əti, qoz-fındıq, paxlalılar və süd məhsulları daxil etmək mümkündür. Alkoqollu içkilərdən, şirniyyatdan, tərkibində yüksək miqdarda karbohidratlar olan unlu məhsullardan müvəqqəti də olsa imtina etmək məsləhətdir.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Çay yox, su için, tez-tez çimin - Adi suyun ağlınıza gəlməyən 50 faydası
12:00
0

Çay yox, su için, tez-tez çimin - Adi suyun ağlınıza gəlməyən 50 faydası

Klassik Özbək plovu - Resept
11:00
23

Klassik Özbək plovu - Resept

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (21)
10:00
172

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (21)

Tarixdə Bu Gün - 23 İyul
09:00
25

Tarixdə Bu Gün - 23 İyul

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (20)
21:00
785

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (20)

23.07.2019 Gündəlik Bürclər (23 İyul 2019 Günlük Bürclər)
20:00
3 041

23.07.2019 Gündəlik Bürclər (23 İyul 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (210)
19:00
939

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (210)

Ümidim Yazılı Şəkilləri 2019 (15)
18:00
690

Ümidim Yazılı Şəkilləri 2019 (15)

Uzun saç hansı kişilərə yaraşır?
17:00
104

Uzun saç hansı kişilərə yaraşır?

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ