Günəş yanıqlarından qorunmağın SADƏ ÜSULLARI

20 Haziran 2019
906
0
Günəş yanıqlarından qorunmağın SADƏ ÜSULLARI
Qızmar yay günlərinin ən böyük problemlərindən biri dərimizdə əmələ gələn günəş yanıqlarıdır.

Feat.Az
yenicag.az-a istinadən daha çox iyul və avqust aylarında geniş yayılan günəş yanıqlarından xilas olmağın yollarını təqdim edir.

Bu halda ilk olaraq, Günəş şüalarından qoruyucu kremlərdən istifadə etmək olduqca effektlidir. Lakin ev şəraitində sadə üsullardan istifadə etməklə, günəş yanıqlarını aradan qaldıra bilərsiniz.

XİYAR - Xiyarın qabıqlarını soymadan rəndələyib suyunu sıxdıqdan sonra yanıq olan yerə xəfif toxunuşlarla sürtərək, gündə 2-3 dəfə təkrarlayın. Xiyarın tərkibində olan vitaminlər sayəsində dəriniz yenilənəcək və yandırıcı ağrı azalacaq.

ZEYTUN YAĞI - Yanıq müalicələrində geniş istifadə edilən zeytun yağı yanmış dərinin quruluğunu götürərək, yumşaqlıq və canlılıq gətirir.

QATIQ- Yanmış dərinin ağrısını azaltmaq baxımından, faydalıdır. Tam müalicə etməsə də, ağrıları nisbətən azaldır.

ALOYE VERA - Bu bitki yanıqların müalicəsində möcüzəvi təsirə malikdir. Bir çox nəmləndirici kremlərin tərkibində olan bu bitki sayəsində günəş yanıqlarından xilas ola bilərsiz.

ALMA SİRKƏSİ - Dərinin təmizlənməsində mühüm rol oynayan alma sirkəsini gündə 3-4 dəfə pambıqla yanıq olan nahiyəyə sürtsəniz, dəriniz nəmlənəcək və ağrı hissi azalacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.