Arıqlamaq üçün duza YOX DEYİN

17 Haziran 2019
914
0
Arıqlamaq üçün duza YOX DEYİN
Diyetologiya və sağlam qidalanma üzrə mütəxəssislər cəmi bir həftə ərzində çəkini effektli şəkildə azalda bilən üsul barədə məlumat veriblər. Alimlər əmindirlər ki, sürətli arıqlamaq üçün duzdan istifadəyə məhdudiyyət qoyulmalıdır.

Feat.Az
medicina.az-a istinadən bildirir ki, əksəriyyət xüsusən yay aylarında artıq çəkidən azad olmaq istəyir. Alimlər piylənməyə qarşı mübarizəyə və çəkinin optimallaşdırılması istiqamətində müxtəlif üsul və sistemləri dəfələrlə təqdim ediblər. Onların işləyib hazırladıqları yeni üsul kardiosistemə istiqamətlənən kompleks hərəkətlərdən ibarətdir. Müntəzəm qaçış və üzgüçülük məşğələləri qarın nahiyəsində piylərin azalmasına kömək edə bilər. Qeyd olunur ki, bununla yanaşı, fiziki hərəkətləri seçərkən şəxsi parametrlər və orqanizmin xüsusiyyətləri mütləq nəzərə alınmalıdır.

Arıqlama dövründə tərkibində yüksək miqdarda karbohidratlar olan rafinə edilmiş ərzaqlar tamamilə rasiondan çıxarılmalıdır. Bu metabolizmə mənfi təsirinin aradan qaldırılmasına kömək edəcək. Bundan başqa rasionda təzə tərəvəzlər və dənli bitkilərdən ibarət ərzaq məhsulları üstünlük təşkil etməlidir. Həmçinin omeqa-3-yarıdoymamış yağ turşuları ilə zəngin olan dəniz balığı yemək faydalıdır. Bu, orqanizmi ürək-damar sistemi xəstəliklərindən qoruyur və piyləri effektli şəkildə əritməyə kömək edir.

Gün ərzində azı dörd litr su içmək və qəbul edilən duzun miqdarına ciddi nəzarət də faydalı olardı. Belə halda səhər yeməyinə yüksəkzülallı qida - toyuq əti, qoz-fındıq, paxlalılar və süd məhsulları daxil etmək mümkündür. Alkoqollu içkilərdən, şirniyyatdan, tərkibində yüksək miqdarda karbohidratlar olan unlu məhsullardan müvəqqəti də olsa imtina etmək məsləhətdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.