Təhlükəli qida boyası olan anilin yüksək toksiki təsirə malik sənaye zəhəridir

17 iyun 2019
116
0
Təhlükəli qida boyası olan anilin yüksək toksiki təsirə malik sənaye zəhəridir
Bu gün dünyanın bir çox ölkəsində ilk dəfə olaraq Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd edilir. Ötən ilin dekabrında BMT tərəfindən təsis edilən bu günün keçirilməsində məqsəd dünya əhalisinin təhlükəsiz qida ilə təminatına, o cümlədən müxtəlif kimyəvi, bakteriya, virus, parazit və toksin kimi maddələrlə çirklənmiş qidaların yaratdığı fəsadlara diqqət çəkməkdir.

Bəzən qida məhsullarının tərkibinə qatılan hər hansı bir maddə insan orqanizminə mənfi təsir edir. Onlardan biri də qida boyası anilindir.

AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən Feat.Az-a verilən məlumata görə, bir sıra inkişaf etməkdə olan ölkələrdə quş əti məhsullarının orqanoleptik göstəricilərini artırmaq məqsədilə bəzi boyaq maddələrindən istifadə edilir. Bunlara misal olaraq "Tartrazine" (E102) və "Sunset Yellow FCF" (E110) qida boyalarını göstərmək olar. Bu qida boyaları müxtəlif allergik reaksiyalar və əlavə təsirlər yaratdığı üçün Avstriya, Norveç və Finlandiyada istifadəsi qadağan edilib.

Məlumata görə, "Tartrazine" (E102) və "Sunset Yellow FCF" (E110) və s. qida boyalarının struktur quruluşunda aromatik birləşmələrdən olan anilin var. Anilin rəngsiz yaxud sarımtıl rəngli, sudan ağır, spesifik qoxusu olan mayedir. Anilindən müxtəlif dərman vasitələrinin, boyaların (dəri və taxta məhsulları boyaları) istehsalında istifadə olunur. Anilin kiçik məməlilər üçün nisbətən toksiki, insanlar üçün isə yüksək toksiki təsirə malik sənaye zəhəridir.

Gəmiricilər üzərində aparılmış tədqiqatlar göstərib ki, anilin oral, dermal və inhalyasiya vasitəsilə orqanizm tərəfindən çox yaxşı absorbsiya olunur. Avropada istehlakçılar tərəfindən anilinin birbaşa istifadəsinə dair məlumatlar yoxdur.

İnsanlar sənaye müəssisələrinin tullantıları nəticəsində hidrosfer və atmosfer vasitəsilə dolayı yolla anilinin təsirinə məruz qala bilərlər. Avropa İttifaqının risklərin qiymətləndirilməsi ilə bağlı 2007-ci il hesabatına əsasən, siçan və siçovullar üzərində in vivo olaraq aparılmış təcrübələr göstərib ki, anilin genotoksikidir. Tədqiqatlar nəticəsində anilinin insan orqanizmi üçün də kanserogen olduğu müəyyənləşib.

Bundan başqa, anilin insan orqanizminə inhalyasiya yolu ilə daxil olduğu zaman sinir sisteminə mənfi təsir edir. Qanda methemoqlobin, hemoliz və eritrositlərin degenerativ dəyişikliyə məruz qalması nəticəsində orqanizmdə oksigen çatışmazlığı yaranır. Anilin yüksək konsentrasiyalarda orqanizmdə xromosom qırılmasına və mutasiyalara səbəb olur. Həmçinin orqanizmdə dalağın böyüməsinə və elastikliyini itirərək hüceyrələrin nekrozuna gətirib çıxarır.

Avropa Qida Məhsullarının Təhlükəsizliyi Agentliyinin (EFSA) risk qiymətləndirməsi ilə əlaqədar apardığı in vitro və in vivo tədqiqatlar nəticəsində anilinin siçovulların sümük iliyinə, hüceyrə nüvəsinə mutagen təsirinin olduğu müəyyənləşdirilib. Əldə edilən nəticələr onun III kateqoriyaya aid mutagen olduğunu sübut edib. Anilin Avropa İttifaqının klassifikasiya və etiketləmə kriteriyalarına görə həm də III dərəcəli kanserogen maddə hesab olunur.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Çay yox, su için, tez-tez çimin - Adi suyun ağlınıza gəlməyən 50 faydası
12:00
0

Çay yox, su için, tez-tez çimin - Adi suyun ağlınıza gəlməyən 50 faydası

Klassik Özbək plovu - Resept
11:00
23

Klassik Özbək plovu - Resept

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (21)
10:00
172

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (21)

Tarixdə Bu Gün - 23 İyul
09:00
25

Tarixdə Bu Gün - 23 İyul

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (20)
21:00
785

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (20)

23.07.2019 Gündəlik Bürclər (23 İyul 2019 Günlük Bürclər)
20:00
3 041

23.07.2019 Gündəlik Bürclər (23 İyul 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (210)
19:00
939

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (210)

Ümidim Yazılı Şəkilləri 2019 (15)
18:00
690

Ümidim Yazılı Şəkilləri 2019 (15)

Uzun saç hansı kişilərə yaraşır?
17:00
104

Uzun saç hansı kişilərə yaraşır?

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ