Çimərliyə gedənlərin diqqətinə - 6 VACİB QAYDA

03 Ağustos 2019
180
0
Çimərliyə gedənlərin diqqətinə - 6 VACİB QAYDA
Dəniz suyu, havası, isti dəniz qumu - bütün bunlar əsl sağlamlıq mənbəyidir.

Lakin çimərlikdə dincələndə bəzi sadə qaydalara əməl etmək lazımdır ki, bu istirahət sizə ziyan deyil, yalnız fayda versin.

1. Su için!

Feat.Az bildirir ki, çimərlikdə dincələndə mütləq yanınızda adi təmiz su saxlayın və vaxtaşırı olaraq suyu kiçik qurtumlarla için. Günün altında olan insanda susuzlaşma tez inkişaf edir. Susuzlaşma çox ziyanlıdır - ürək-damar, sinir sisteminin, böyrəklərin fəaliyyətini pozur, qocalmanı tezləşdirir. Susuzlaşmanın qarşısını almaq üçün tez-tez su için.

Şirin qazlı sular, enerji içkiləri, spirtli içikələri çimərlikdə içməyin. Onlar susuzlaşmanı daha da artırır, orqanizmə ciddi ziyan vurur.

2. Gündən qoruyan vasitələri unutmayın!


Hər 2 saatdan bir dərinizə gündən qoruyan krem çəkin. Bu vasitələr dərini ultrabənövşəyi şüaların ziyanlı təsirindən qoruyur.

Son zamanlar alimlər bir çox gündən qoruyan kremlərin az effektli olduğunu aşkar ediblər. Yaxşı keyfiyyətli kremlərdən istifadə edin, kremləri aptekdən alın.

Alternativ variant - təbii yağlardır. Bəzi yağlar da dərini gündən qoruyan istənilən kremdən daha yaxşı qoruyur. Bu yağlar arasında - təbii zeytun, çaytikanı, küncüt, kokos, avokado yağıdır.

Krem və ya yağı günə çıxmamışdan 10-15 dəqiqə əvvəl bədəninizə çəkin, dənizdən çıxdıqdan sonra krem çəkməyi unutmayın.

3. Nəm çimərlik geyiminizi mütləq dəyişin!4. Gündən qoruyan eynək taxın!


Bu həm kişi, həm də qadınlara aiddir. Nəm çimərlik geyimində qalmaq sidik-cinsiyyət sistemi xəstəliklərinin riskini artırır, bu sistemdə mövcud olan xəstəliklərin kəskinləşməsinə səbəb olur.

4. Gündən qoruyan eynək taxın!


Gün şüaları gözlərimiz üçün ziyanlıdır. Şüalanma bir çox göz xəstəliklərinin (katarakta və s.) inkişafı riskini artırır.

Keyfiyətli gün eynəklərindən istifadə edin. Ucuz eynəklər heç nədən qorumur və əksinə əlavə təhlükə yaradır.

5. Çimərlikdə düzgün qidalanın!


Çimərlikdə süd və ət məhsulları yeməyin. Bu kimi məhsullar isti havada orqanizmi artıq yükləyir və həmçinin zəhərlənməyə səbəb ola bilər. Çimərlikdə meyvə-tərəvəz, qoz-fındıq, tum və adi sudan əlavə digər qidaları qəbul etməyin.

6. Başınıza panama, kepka taxın!

Bu sizi günvurmadan qoruyacaq. Bundan əlavə panama saçınızı günün mənfi təsirindən qoruyur.
Mənbə:yenicag.az

ƏN SON XƏBƏRLƏR

HAMISI
Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (295)
19:00
0

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (295)

Sevdiyim Yazılı Şəkillər 2019 (85)
18:00
0

Sevdiyim Yazılı Şəkillər 2019 (85)

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...
17:00
58

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
128

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)
15:00
219

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)

Yaddaşı gücləndirən 6 qida
14:00
95

Yaddaşı gücləndirən 6 qida

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar
13:00
267

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar

Ağrıkəsicilər öldürə bilər? - ARAŞDIRMA
12:00
56

Ağrıkəsicilər öldürə bilər? - ARAŞDIRMA

Şuba Salatı Resepti
11:00
137

Şuba Salatı Resepti

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ