Alimin beyin üçün kəşfi - Səhər oyanan kimi...

10 Ağustos 2019
688
0
Alimin beyin üçün kəşfi - Səhər oyanan kimi...
Hazırda isti aylarda dondurma orqanizm üçün faydalı ola bilər. Amma dietoloq və həkimlər bu qidanın insan üçün xeyrindən çox zərərindən danışır.

Lakin Tokio Universitetinin professoru Esixiko Koqa hesab edir ki, dondurmanı yuxudan oyanan kimi dərhal yemək lazımdır. Onun apardığı tədiqatlar göstərib ki, bu ərzaq beyini aktivləşdirir, diqqəti artırır və gün ərzində beyini daha məhsuldar edir.

Feat.Az
bildirir ki, tədqiqat zamanı 87 nəfər 2 qrupa bölünüb: birinə səhər yeməyi kimi dondurma, digərinə isə çay, qəhvə verilib.

Professor bu insanlar üzərində test apararaq aydın olub ki, soyuq dondurma ilə səhərini açanlar gündəlik işlərində daha diqqətli, enerjili olub, informasiyanı asan mənimsəyib və az yorulublar. Onlarda alfa dalğaların artması qeydə alınıb. Dondurma bu adamlarda psixi gərginlik və qıcıqlanmanı da azaldıb. Dondurma yeməyən digər qrupdakılar isə beyin aktivliyinə görə birincidən geridə qalıb.

Professor yuxudan oyanan beyinə soyuq və şirin desertin müsbət təsirini sübut edib və insanları bu metoda əməl etməyə çağırıb.

Lakin bir çox xəstələr var ki, onlar səhər tezdən dondurma yeməkdən özünü qorumalıdır.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.