Yay səndəlinin insan orqanizminə ZİYANI

03 Temmuz 2019
830
0
Yay səndəlinin insan orqanizminə ZİYANI
Yay səndəlinin insan orqanizminə ziyanı üzə çıxıb.

Feat.Az
xəbər verir ki, Şimali Karolinadakı tibbi mərkəzin mütəxəssisi Kamilla Lonqun sözlərinə görə, bir çox hallarda səndəl geyinən insanlar barmaqlarını qatlayırlar və bu da yeriyiş formasında dəyişikliyə səbəb olur. Bu da öz növbəsində baldır əzələsi və daban vətərlərinə ziyan vurur, bel ağrıları ilə müşahidə olunur. Bundan başqa, müəyyən vaxtdan sonra plantar fastsiit (daban ağrısı) üzə çıxır. Xəstəlikdən qurtulmaq isə bir ildən çox vaxt tələb edir.

Daban vətərlərinə ziyan vurmamaq üçün elə səndəl seçmək lazımdır ki, hərəkət zamanı səndəl ayağın hərəkətinə uyğun olaraq tam əyilsin. Əks halda ayaqlar kifayət qədər yerə basılmır bu da daban vətərlərinə ağırlıq düşməsi və zədələnməsi ilə nəticələnir.

Ekspertlər məsləhət görürlər ki, ayaq üstə çox duran insanlar səndəl geyinməməlidir. Eyni zamanda avtomobil idarə edəndə də səndəl geyinmək məsləhət görülmür.
Mənbə:olke.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.