Bədəndəki göyərtilərdən necə xilas olaq? - 5 QAYDA

09 Temmuz 2019
802
0
Bədəndəki göyərtilərdən necə xilas olaq? - 5 QAYDA
Bədəndə göyərmə hər hansı zərbə nəticəsində meydana gəlir. Bu yaralar fərqli rəng tonlarında ola bilir. Dərinin altında qalan qan göyərərək müxtəlif rənglərə çevrilir. Bəs bu estetik cəhətdən xoş olmayan vəziyyətdən necə xilas olaq?

Feat.Az
göyərmələrdən xilas olmağın təbii üsullarını təqdim edir.

GÜN İŞIĞI VƏ MASAJ

Günəş işığı bədəndə zərbələrin nəticəsində yaranan göylüklərin ən yaxşı müalicəsidir. Belə ki, ultrabənövşəyi şüalar göyərməyə səbəb olan maddəni parçalayır, geriyə sadəcə sarımtıl rəng qalır. Bundan başqa həmin nahiyəyə asta-asta masaj etsəniz, köməyi dəyəcək.

SOYUQ QIRMIZI ƏT

Əlbəttə, bu həll yolunu filmlərdə və yaxud nənənlərimizdən eşitmiş və yaxud görmüş olarsınız. Gülməli görünsə də, təsirli üsuldur. Belə ki, zədələnmiş yerə həmən dəqiqə soyuq ət qoysanın, görəyməsinin qarışsını alır.

BUZ KUBİKLƏR


Göyərmiş yerlərin üzərinə buz tətbiq edərkən diqqətli olun. Buzu birbaşa dərinizin üzərinə qoymayın. Fayda əvəzinə tam əks reaksiya ilə nəticələnə bilir. Belə ki, dəridə aşınma və yanma hissi meydana gələ bilir. Əgər zədələnmiş yer açıq yaradırsa, əsla buzdan istifadə etməyin.

ALMA SİRKƏSİ


Alma sirkəsi qanın fəaliyyətini yaxşıladırır. Göylük yavaş-yavaş yox olacaq. Göyü azaltmaq üçün biraz alma sirkəsi ilə soyuq suyu qarışdırın. Daha sonra pambıq vasitəsi ilə isladıb travmalı yerə kompres qoyun.

DUZ VƏ LİMON

Hər hansı üstü bağlı yaraya tətbiq edilə bilir. Zədənin yanlarında yaranan göyün sağalması üçün əlverişli üsuldur. Evdə rahatlıqla hazırlaya bilərsiniz. Bunun üçün təmiz bez götürün, üzərinə təzə sıxılmış limon suyu tökün və biraz duz sərpin. Daha sonra göy olan bölgəyə kompres edin. Yarım saat gözləyin. Bu vaxt intervalından sonra göyərmənin azaldığını müşahidə edəcəksiniz.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.