Proktoloqların bu sadə tövsiyəsi sizi qəbizlikdən xilas edəcək!

08 Temmuz 2019
800
0
Proktoloqların bu sadə tövsiyəsi sizi qəbizlikdən xilas edəcək!
Proktoloqların ümumi fikirinə görə, defekasiya zamanı insanın unitazda tutduğu poza qeyri-təbiidir və defekasiya aktını çətinləşdirir.

Mütəxəssislərin bir çoxunun fikrinə görə, müasir insanlar arasında qəbizliyin geniş yayılmasının səbəblərindən biri də məhz budur.

Feat.Az bildirir ki, bu haqda Amerika proktoloqlar cəmiyyəti xəbər verib.

Fizioloji, normal defekasiyanı təmin edən poza çömələrək oturmaq sayılır ("kənd" tualtlərindəki kimi). Məhz bu pozada bağırsaq asan və tam boşalır, qəbizliyin riski azalır.

Bu səbəbdən proktoloqlar qəbizlikdən əziyyət çəkən pasiyentlərinə defekasiya zamanı ayaqların altına kiçik skamya qoymağı və mümkün qədər önə əyilməyi tövsiyə edirlər.

Bu vəziyyətdə olan insanda düz bağırsağı əhatə edən əzələ boşalır və defekasiya aktına mane olmur. Yalnız bu sadə məsləhət qəbizlikdən xilas olunmağa kömək edə bilər.

Nəzərinizə çatdıraq ki, qəbizlik çox ciddi və ağır fəsadlara səbəb olan pozulmadır. Qəbizlik mütləq müalicə olunmalıdır.
Mənbə:saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.