Dərini fəsil dəyişikliyindən qorumaq lazımdır

20 Temmuz 2019
728
0
Dərini fəsil dəyişikliyindən qorumaq lazımdır
Cavan dəri gözəllik və sağlamlığın əsas göstəricisidir. Onun öz təravətini itirməsi bəzən daxili problemlərdən qaynaqlansa da, əksər hallarda ətraf mühitin təsiri də böyük rol oynayır. Bu baxımdan yaxşı qulluq olunmayan dəri tez qocalır. Üz dərisinə təsir edən başqa bir faktor isə fəsil dəyişiklikləridir. Hər mövsümdə dəriyə hava şəraitinə uyğun baxım tələb olunur. Dəriyə qulluq isə onun növünə uyğun seçilməlidir.

Feat.Az
bildirir ki, həkim-dermatoloq Solmaz Orucova bu barədə AZƏRTAC-a deyib: "İlk növbədə mütləq günəşdən qoruyan kremlərdən istifadə etmək lazımdır. Yay fəslində faktoru bir qədər artırmaq lazımdır. Yumurtanın sarısı çalınır, onun üzərinə 1 çay qaşığı bal və 1 çay qaşığı zeytun yağı əlavə edilərək üzə çəkilməsi çox güclü qidalandırıcı maska rolu oynayır".

Həkim-dermatoloqun dediyinə görə, fəsil dəyişikliyi daha çox quru dəriyə təsir edir və bu zaman müəyyən maskalardan istifadə etmək lazımdır: "Xiyar sürtgəcdən keçirilir, qaymaq və ya xama bir qədər limon şirəsi əlavə olunaraq qarışdırılandan sonra üzə çəkilir. Bu maska dərini yüngülləşdirir, qidalandırır və ağardır".

Dərinin problemlə üzləşdiyi digər bir mövsüm isə yaz aylarıdır. Yazda üz dərisini əsasən ultrabənövşəyi şüalarından qorumaq vacibdır. Həmin aylarda xüsusən maskalar və qoruyucu kremlər düzgün seçilməlidir. Dəriyə qulluq üçün istifadəsi məsləhət görülən təbii vasitələr kifayət qədərdir. Əsas odur ki. vaxtlı-vaxtında və zamanında düzgün şəkildə dərinin qayğısına qalasan".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.