Ürəyimin söz dənizi

12 Kasım 2014
3 046
0
Ürəyimin söz dənizi
Ürəyimin söz dənizi

Ürəyimin söz dənizi
Məni bu intizarla çəkdin sınağa
Yuxusuz gecəyəm günəşsiz səhər
Payızam!... ağlayır məni yağışlar,
Nisgilli baxışam üzümdə qəhər
Ürəyimin söz dənizi
Bir dünya sən ilə yaşayır ürək
Qoruyur xəyali varlığını da
Büsbütün həsrinə göz yumdun nədən?!
Aldın əllərindən sağlığını da
Ürəyimin söz dənizi
Yanar yoxluğuma, həsrətin gülüm
Məni bu eşq ilə dəfn edəcəklər
Sənə bir dünya sətirlərim var
Nə qədər dünya var vəsf edəcəklər
Ürəyimin söz dənizi
Divanə ruhuna köçdün əzəlli
Mən bu qismət ilə barışmaz oldum
Sel kimi axıb keçdi illərim
Ömürə taleyə qarışmaz oldum.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.