Alkoqoldan imtinadan sonra orqanizmdə nə baş verir?

13 avqust 2019
87
0
Alkoqoldan imtinadan sonra orqanizmdə nə baş verir?
Ekspertlər alkoqoldan imtinanın orqanizmə, psixoloji duruma müsbət təsirlərini araşdırıblar. Qeyd olunur ki, spirtdən imtina hər şeydən əvvəl insanlarda xoşbəxtlik duyğusu yaradır. Araşdırmaçılara görə, spirt qəbul etməyəndə insanlar daha xoşbəxt və daha sağlam olurlar. Bir çoxları spirtli içkilərdən istifadə edərək, ovqatı qaldırmaq və başqaları ilə daha yaxşı ünsiyyət qurmaq istəsələr də, alimlər bunun səhv fikir olduğunu deyirlər. Qeyd olunur ki, spirt qəbulunu dayandırdıqdan sonra insan daha açıq danışa, daha ünsiyyətcil və cəsarətli ola bilir.

Feat.Az bildirir ki, səhhətində problem olanlar, ələlxüsus insomnia (yuxusuzluq) xəstələri alkoqol asılılığından imtina etməlidir. Alkoqol ürəyin döyünmə dövriliyini pozur və insanın yuxusuna mənfi təsir göstərir. Yuxu bədənin istirahət edəcəyi vəziyyət olsa da, alkoqol həmin prosesi tamamilə pozaraq mənfi təsir göstərir.

Alkoqol həmçinin idmanla məşğul olanlar üçün də çox ziyanlıdır. Spirt əzələlərin fəaliyyəti üçün lazım olan mayenin miqdarını azaldır, əzələ kütləsi səmərəli şəkildə bərpa edilmir. İçkidən imtina edəndən sonra daha çox əzələ kütləsi yaranır.

Alimlər bildirir ki, orqanizmdə B vitamini nə qədər çox olsa, insanın enerji mübadiləsi baxımından heç bir problemi olmaz. Amma spirtli içkilər B vitaminin orqanizmə faydasını azaldır. Onun səmərəli istifadəsinə, toxumalar tərəfində mənimsənilməsinə əngəl törədir. Bundan əlavə, spirtli içki qəbul edənlərin dərisi quruyur, sağlam olmayan bir görünüş yaranır. İçkidən imtinadan sonra isə dəri sağlam görünüşünü bərpa edə bilir...
Mənbə:e-tibb.az
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (27)
21:00
741

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (27)

20.08.2019 Gündəlik Bürclər (20 Avqust 2019 Günlük Bürclər)
20:00
2 169

20.08.2019 Gündəlik Bürclər (20 Avqust 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (236)
19:00
787

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (236)

Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (25)
18:00
626

Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (25)

4 ƏDVİYYATLA MÖCÜZƏ - yaddaşa müsbət təsir edir
17:00
131

4 ƏDVİYYATLA MÖCÜZƏ - yaddaşa müsbət təsir edir

Poçt Qutusu Yazılı Şəkilləri 2019 (2)
15:00
675

Poçt Qutusu Yazılı Şəkilləri 2019 (2)

Siqaret kötükləri təbiəti məhv edir və...
14:00
63

Siqaret kötükləri təbiəti məhv edir və...

Bürclər Haqqında Maraqlı Məlumatlar (578) - Fotolar
13:00
496

Bürclər Haqqında Maraqlı Məlumatlar (578) - Fotolar

Daban çatları üçün təbii müalicə
12:00
168

Daban çatları üçün təbii müalicə

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 531 İRƏLİ