Mədə-bağırsaq qanaxmasının səbəbləri

08 sentyabr 2019
76
0
Mədə-bağırsaq qanaxmasının səbəbləri
Mədə-bağırsaq qanaxması həzm orqanlarının yanaşı gedən və xroniki pankriatitin özünün fəsadları ilə bağlıdır. Həzm orqanlarının bu xəstəlikləri - xora xəstəliyi, eroziv qastrit, mədə şişləri, Mellori-Veys sindromuna aiddir. Mədə-bağırsaq qanaxması qida borusu və mədənin kardial hissəsinin dalaq venasının trombozu və sonradan portal hipertenziyanın inkişafı nəticəsində əmələ gələn varikoz genəlmiş venalara görə baş verir. Qanaxmanın səbəbi mədəaltı vəzinin abseslərinin bağırsağı deşməsi də ola bilər.

Feat.Az
bildirir ki, mədə-bağırsaq qanaxmalarının əmələ gəlmə səbəblərindən biri yuxarıda adı çəkilən onikibarmaq bağırsağın xora xəstəliyidir. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi xroniki, residivləşən xəstəlik olub mədə və bağırsağın divarında xoranın əmələ gəlməsi ilə təzahür edir.

Epidemiologiyası:

Xora xəstəliyi ən çox yayılmış xəstəliklərdən biridir. Duodenal xəstələrin çoxu kişilərdir, mədə xorası xəstəliyi isə say etibarı ilə kişi və qadınlar arasında eyni tezlikdə rast gəlinir.

Təsnifatı:

Xəstəliyin ümumi qəbul olunmuş təsnifatı yoxdur. Amma bəzi təsnifatlar vardır ki, xoranın əmələ gəlməsində rol oynadığı qeyd olunur:
Helicobakter pylori ilə assosiasiya olunmuş
Helicobakter pylori ilə assosiasiya olunmamış

Xoranın tipinə görə:
- təksaylı
- çoxsaylı.

Xəstəliyin əmələ gəlmə səbəbləri arasında qida qəbulları arasında uzunmüddətli fasilələr, psixi faktor, mədə şirəsinin yüksək olması, irsi faktor və s. mühüm rol oynayır.

Kliniki şəkli:

Xəstəliyin gedişatı xora deffektinin lokalizasiyasından onun ölçüsündən, dərinliyindən asılıdır. Xəstəlik mədə nahiyyəsində kəskin ağrılarla müşayət olunur. Ağrılar adətən gecələr baş verir. Xəstələrin əksəriyyətində qusma olur.
Xəstələr vaxtında və düzgün müalicə olunmazlarsa, ağırlaşmalar inkişaf edir. Ağırlaşmalar aşağıdakılardır:

-Qanaxmalar
-Xoranın perforasiyası
-Mədənın onikibarmağa keçən hissəsində stenozun formalaşması
-Xoranın maliqnizasiyası.

Diaqnozunda əsasən rentgenoloji müayinə rol oynayır. Müalicəsində həm dərman, həm də diyetadan (pəhrizdən) istifadə olunur. Cərrahi müalicə mütləq göstərişdir.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Yuxu gətirən qidalar
12:00
0

Yuxu gətirən qidalar

Çıtır-çıtır Kartoflu Samsa Resepti - Video Resept
11:00
23

Çıtır-çıtır Kartoflu Samsa Resepti - Video Resept

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (61)
10:00
166

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (61)

Tarixdə Bu Gün - 15 Sentyabr
09:00
35

Tarixdə Bu Gün - 15 Sentyabr

Qısqanc Yazılı Şəkilləri 2019 (4)
21:00
879

Qısqanc Yazılı Şəkilləri 2019 (4)

15.09.2019 Gündəlik Bürclər (15 Sentyabr 2019 Günlük Bürclər)
20:00
2 663

15.09.2019 Gündəlik Bürclər (15 Sentyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (262)
19:00
848

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (262)

Səbəbim Yazılı Şəkilləri 2019 (79)
18:00
660

Səbəbim Yazılı Şəkilləri 2019 (79)

Ürəyin dostu, sonsuzluğun dərmanı- Əncirin bilmədiyimiz FAYDALARI
17:00
118

Ürəyin dostu, sonsuzluğun dərmanı- Əncirin bilmədiyimiz FAYDALARI

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 531 İRƏLİ