Yay mövsümündə ən çox...

24 avqust 2019
166
0
Yay mövsümündə ən çox...
Yay mövsümündə ən çox narahatlıq doğuran məsələlərdən biri də qida zəhərlənməsidir. Bu, əsasən bəzi meyvə-tərəvəzlərin becərilməsi zamanı torpağa verilən gübrə və pestisidlər, qidaların tərkibində olan maddələr və ya onların saxlanma şəraitinə düzgün əməl edilməməsi ilə əlaqədar olur. Ümumiyyətlə, qida zəhərlənməsi nədir və nəyin nəticəsində baş verir?

Feat.Az
bildirir ki, Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva bu sualın cavabında AZƏRTAC-a deyib: "Qida zəhərlənməsi bakteriyalar və ya onların toksinləri, viruslar, parazitlər və kimyəvi maddələrlə yoluxmuş qida və suyun qəbuluna səbəb olan xəstəlikdir. Yoluxma adətən qida və içki məhsulları ilə düzgün olmayan qaydada davranmaq, onların səhv hazırlanması və saxlanması nəticəsində əmələ gəlir. Qida zəhərlənməsinin bəzi növlərində qusma prosesinə mərkəzi sinir sisteminə təsir edən toksin səbəb olur.

Qida zəhərlənmələrinin böyük əksəriyyəti ciddi nəticələrə səbəb olmur və bir-iki gün ərzində keçib gedir. Lakin təcrübə göstərir ki, onlarla zəhərlənmə hadisəsi daha ağır fəsadlarla və hətta ölümlə nəticələnə bilər. Məhz yay aylarında isti hava qida zəhərlənməsinin əsas səbəbi olur. Risk qrupuna həm istirahət düşərgəsində olan uşaqlar, həm də kurortlara gedən böyüklər düşür. Onların sanitar normaları gözləməməsi səbəbindən yemək və içkidən zəhərlənmə halları baş verir. İstidən tez xarab olan və düzgün saxlanılmayan məhsullar xüsusilə təhlükəlidir və bu zaman xoşagəlməz hadisələrdən qaçmaq çox çətindir".

Zəhərlənmə zamanı ilk yardım barədə məlumat verən şöbə müdiri bildirib: "İlk növbədə mədənin ilıq qaynadılmış su və yaxud da iki faizli çay sodası məhlulu ilə yuyulması lazımdır. Həmçinin xəstəlik müddətində çox miqdarda su içmək məsləhətdir. Orqanizmin rehidratasiyası məqsədilə ev şəraitində məhlul hazırlamaq olar. Bunun üçün bir litr ilıq suya bir çay qaşığı xörək duzu, bir çay qaşığı çay sodası və iki xörək qaşığı şəkər tozu qatmaq lazımdır. Qəbul edilən mayenin ümumi miqdarı 2-3 litrdən az olmamalıdır.

İlk günlərdə qida qəbulu məhdudlaşdırılmalı, asan həzm olunan qidalar az-az və tez-tez yeyilməlidir.

Tənəffüsün birdən-birə pozulması və əzələ zəifliyi, qan qarışıqlı güclü ishal, yüksək qızdırma, uzun müddət davam edən sulu ishal və orqanizmin susuzlaşması zamanı mütləq həkimə müraciət edilməlidir".
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Qafqazda ən böyük cinsi orqan gürcülərdə, ən kiçik isə ermənilərdədir - YENİ DÜNYA STATİSTİKASI
17:00
0

Qafqazda ən böyük cinsi orqan gürcülərdə, ən kiçik isə ermənilərdədir - YENİ DÜNYA STATİSTİKASI

Bi Papatya Yazılı Şəkilləri 2019 (12)
15:00
81

Bi Papatya Yazılı Şəkilləri 2019 (12)

Niyə başqalarının paltarlarını geyə bilməzsiniz?
14:00
98

Niyə başqalarının paltarlarını geyə bilməzsiniz?

Bürclərin Acı İntiqamı - Fotolar
13:00
196

Bürclərin Acı İntiqamı - Fotolar

Yuxu gətirən qidalar
12:00
68

Yuxu gətirən qidalar

Çıtır-çıtır Kartoflu Samsa Resepti - Video Resept
11:00
93

Çıtır-çıtır Kartoflu Samsa Resepti - Video Resept

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (61)
10:00
417

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (61)

Tarixdə Bu Gün - 15 Sentyabr
09:00
55

Tarixdə Bu Gün - 15 Sentyabr

Qısqanc Yazılı Şəkilləri 2019 (4)
21:00
999

Qısqanc Yazılı Şəkilləri 2019 (4)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 530 İRƏLİ