C vitamini deposu limon qabığının 10 faydası - Xərçəngə qarşıdır

22 Ağustos 2019
727
0
C vitamini deposu limon qabığının 10 faydası - Xərçəngə qarşıdır
C vitamini deposu limonu bəh-bəhlə istifadə edirik. Lakin çox zaman qabığını atıb, lətini yeyirik.

Feat.Az
limon qabığının heç eşitmədiyiniz faydalarını təqdim edir.

• Limonun meyvəsi qədər qabığı da antioksidant mənbəyidir. Qabığında olan minerallar, vitaminlər, lif, antioksidant quruluşa malik karotenoidlər, efir yağlar və polifenol maddələri bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Ancaq kalsium səviyyəniz aşağıdırsa, böyrəklərinizdə oksalat duzu varsa və yaxud daha əvvəl olubsa, mütləq həkiminzlə məsləhətləşin.

• Limon qabığının tərkibində A, C, B6, B1, B12 vitamini, kalsium, kalium, fosfor, sink, dəmir, pantoten turşusu var.

• Rəndələyib, çayınıza, şirniyyatlarınıza və salatların içinə ata bilərsiniz.

DİŞ ƏTİNİ GÜCLƏNDİRİR

Limon qabığı C vitamini çatışmazlığından yaranan diş əti probleminə qarşı əlverişli üsuldur. C vitamini Skorbit xəstəliyinin yaranmasını əngəlləyir. Bu xəstəlik zamanı diş ətlərində iltihab və qanama müşahidə olunur. Limon və qabığı bu xəstəliyin yaranmasının qarşısını alır.

QARACİYƏR YAĞLANMASINI AZALDIR

Limon qabığı xüsusilə spirtli içki qəbul edənlər üçün əvəzedilməzdir. Qaraciyər və öd kisəsinə faydalıdır, mədə turşuluğunu aradan qaldırır və bəlğəm sökdürücü təsiri vardır. Tərkibində olan maddələr sayəsində qaraciyəri yağlanmadan qoruyur.

• Limon qabığı tərkibindəki pektin, efir yağları və PMF (polimetoksillənmiş flavonlar) sayəsində xolestrol, trigliserid səviyyəsini, qaraciyər yağlarını azaldır.

BAĞIRSAQLARI QORUYUR

Limon qabığı lif baxımından zəngindir. Ona görə də bağırsaq funksiyaları və sağlamlığını qoruyur. Eyni zamanada qəbizliyin qarşısını alır.

HÜCEYRƏ ZƏDƏLƏNMƏSİNİN QARŞISINI ALIR

İçərisindəki yüksək antioksidanlar sayəsində hüceyrələrə zərər verən sərbəst radikalları zərərsizləşdirmək qabiliyyətinə malikdir. Bundan başqa DNA zədələnməsinin qarşısnı alır.

DAMAR SAĞLAMLIĞINI QORUYUR

Qabığında olan flavonoidlər sayəsində damar sağlamlığını qoruyur. Damarlarda laxtlanmanın qarşını alır. Damar tutulması riskini aşağı salır.

Ürək xəstəlikləri və xərçəngin qarşısını alır

Xüsusilə dəri xərçənginə qarşı bir qalxan meydana gətirir. Dərini gözəl, təravətli edir və sinirləri sakitləşdirmək xüsusiyyətinə də malikdir. Limon qabığı eyni zamanda sinir sisteminə müsbət təsir edir, bakteriyaları öldürür və ürəyi rahatladır. Araşdırmalardan biri sübut edib ki, limon qabığı qadınların yumurtalıq xərçəngi riskini də aşağı salır.

Limon qabığının bu xüsusiyyəti tərkibində olan polifenol maddəsindən qaynaqlanır.

Limon qabığı tərkibindəki limonen və salvestrol, Q10 vasitəsilə xərçəng hüceyrələrinə qarşı mübarizə aparmağa kömək edir. Avstraliyada aparılan bir araşdırma göstərir ki, limon qabığı ağız, boğaz və mədə xərçəngi riskini 40-50 faiz azaldır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.