Damar tıxanmasının qarşısını alan qidalar - YAŞIL TƏRƏVƏZLƏRİN FAYDALARI

02 sentyabr 2019
145
0
Damar tıxanmasının qarşısını alan qidalar - YAŞIL TƏRƏVƏZLƏRİN FAYDALARI
Xeyirli qidalar mətbəxinizə girəndə xəstəliklər oradan uzaqlaşır. Ömrü uzadan bitkilər hüceyrələrin məhv olmasına mane olur. Bu qida qrupuna daxil olan səbzələr sağlamlığımıza olduqca faydalıdır. Damar sərtləşməsi, ürək xəstəlikləri, hətta xərçəngin qarşısını alan qidaları süfrəmizdən əksik etmək olmaz. Feat.Az yaşıl səbzələrin faydaları haqqında maraqlı məlumatları təqdim edir.

HÜCEYRƏLƏRİN MƏHV OLMASINI ƏNGƏLLƏYİR

Qırmızı və ağ kələm, pazı, o cümlədən digər yarpaqlı bitkilər yeyilə bilən ən faydalı məhsullardır.

Bu səbzələrdə A,B,K və digər vitaminlər, əsas minerallar kalsium, dəmir, maqnezium, kalium hüceyrələrin bərpasını təmin edən antioksidləşdiricilər baxımından zəngindir. Son zamanlar bəşəriyyətin ən böyük bəlası hüceyrə deformasiyaları ilə əlaqədar problemlərdir.

DAMAR SƏRTLƏŞMƏSİNƏ QARŞI YAŞIL YARPAQLI SƏBZƏLƏR

Yaşıl yarpaqlı səbzələr damar sərtləşməsini əngəlləyir. O cümlədən ürək xəstəlikləri ilə bağlı problemləri də dəf edir. Yaşıllıqların tərkibində olan fitokimyəvi maddələr, iltihabı azaldan təbii bir birləşmədir. Yaşıl yarpaqlar vitamin, mineral, antioksidləşdiricilər, fitokimyasalların təsirini artıracaq kombinasiya edərək, hüceyrələri toksiki maddələrdən təmizləyir. DNA-nın sərbəst radikallar tərəfindən zərər görməsini əngəlləyir. Beləliklə xərçəng hüceyrələrinin çoxlamasının və yaranmasının qarşısını alır. Bunun üçün də həyatınıza daha çox yaşıl səbzələr qatın. Nəticədə orqanizminizi təbii şəkildə qorumuş olacaqsınız. Yəni səbzələrin gücündən istifadə etməyi öyrənməliyik.

YAŞILIN GÜCÜ ALTSHEYMER XƏSTƏLİYİ RİSKİNƏ DƏ QARŞI

Yaşıl yarpaqlı bitkiləri bədən tərəfindən nitrit oksidinə çevrilən təbii nitrat mənbəyidir. Nitrit oksidi insan metabolizması üçün əvəzolunmazdır. Qan təzyiqini azaldan nitrit oksidi qan axını dəstəkləyir. Yaş artdıqca az azot oksidi istehsal edirsiniz. 40 yaşdan sonra bu xüsusilə ikiqat azalır. Bədən mexanizminin müntəzəm işləməsi üçün daha çox nitrat qida istehlak etmək lazımdır. Yaşıl yarpaq bitkiləri zehni aydınlığı artırır, depressiyanın qarşısını alır və Altsheimer kimi xəstəliklərin riskini azaldır. Digər tərəfdən yaşıl yarpaqlı bitkilər həzmi sürətləndirir və insanı dolğun saxlayır.
Mənbə:medicina.az
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Həyatdan Yazılı Şəkilləri 2019 (29)
21:00
498

Həyatdan Yazılı Şəkilləri 2019 (29)

18.09.2019 Gündəlik Bürclər (18 Sentyabr 2019 Günlük Bürclər)
20:00
1 194

18.09.2019 Gündəlik Bürclər (18 Sentyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (265)
19:00
532

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (265)

Dəyərli Sözlər Yazılı Şəkilləri 2019 (46)
18:00
681

Dəyərli Sözlər Yazılı Şəkilləri 2019 (46)

Tez yuxuya getmək üçün bunları edin
17:00
143

Tez yuxuya getmək üçün bunları edin

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR
16:00
188

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR

Ümidim Yazılı Şəkilləri 2019 (19)
15:00
600

Ümidim Yazılı Şəkilləri 2019 (19)

Onkoloji xəstəliklərlə “vuruşan” ərzaqların siyahısı hazırlanıb
14:00
80

Onkoloji xəstəliklərlə “vuruşan” ərzaqların siyahısı hazırlanıb

Bürclər Haqqında Maraqlı Məlumatlar (590) - Fotolar
13:00
339

Bürclər Haqqında Maraqlı Məlumatlar (590) - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 530 İRƏLİ