İspanaq bişiriləndən sonra da müalicəvi keyfiyyətini itirmir

24 Ağustos 2019
853
0
İspanaq bişiriləndən sonra da müalicəvi keyfiyyətini itirmir
Qədim Misir ehramlarında tapılan əlyazmalarda eramızdan əvvəl IV əsrdə ispanağın istifadəsi və mədəni sortarının yetişdirilməsi barədə məlumatlar var. Ancaq bitkinin mədəni sortlarına oxşayan yabanı növünə yalnız Qafqazda və Mərkəzi Asiyada rast gəlindiyinə görə, onun vətəninin həmin ölkələr olduğu güman edilir.

Feat.Az
bildirir ki, ispanaq çiy şəkildə istifadə zamanı daha faydalı təsir göstərsə də, bişiriləndə müalicəvi xüsusiyyətlərini itirmir. Lakin bişiriləndən sonra ən geci 24 saat ərzində yeyilməlidir. Uzun müddət isti yerdə qalanda ispanaqlı yeməyin tərkibindəki bakteriyaların təsirindən əmələ gələn nitratlar qana sorularaq eritrositlərin oksigen daşımasına mane olur və hüceyrə tənəffüsünü pozur. İspanaqdan hazırlanan yeməklərə şəkər əlavə edilməsi zəhərlənmə ehtimalını azaldır.

Məşhur Şərq təbibi İbn Sina ispanağın müalicəvi xüsusiyyətləri haqqında bəhs edərkən onu "bitkilərin şahı" və "mədənin süpürgəsi" adlandırıb. Tərkibində yüksək miqdarda turşəng turşusu olduğuna görə böyrək və sidik çıxarıcı yolların xəstəliklərində, öd daşları, pankreatit, podaqra, qastrit, mədə və bağırsağın xora xəstəliyində, həmçinin qan laxtalanması yüksək olan xəstəliklərdə az miqdarda istifadə olunmalıdır. Turşəng turşusu təzə yarpaqlarda daha az olduğundan həmin xəstəliklərdən əziyyət çəkənlər ona xüsusi diqqət yetirməlidirlər.

İspanaq qanazlığı, hipertoniya, şəkərli diabet, vərəm, hipoasid qastrit, enterokolit, qəbizlik və parodontoz kimi xəstəliklərin müalicə və profilaktikasında tətbiq olunur. Tərkibində olan yüksək miqdarda bioloji aktiv maddələr uşaqların qidasında da ondan istifadə etməyə əsas verir.
Mənbə:AZƏRTAC
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.