Bu yağ süd vəzilərini anomal həddə böyüdür - DİQQƏT

23 Ağustos 2019
850
0
Bu yağ süd vəzilərini anomal həddə böyüdür - DİQQƏT
Ətraf mühit Milli İnstitutunun əməkdaşları lavanda yağının yeniyetmələrdə anormal həddə süd vəzi inkişafına səbəb olduğunu aşkarlayıb.

Feat.Az
bildirir ki, lavandadan alınan efir yağı birbaşa istifadə olunmasa da, bir çox kremlər, kosmetik vasitələr, sabunların tərkibində olur. Yeniyetmə qızlar lavanda yağlı məhsullardan çox istifadə etsə bu onlarda süd vəzilərin ölçüsünü böyüdə bilər.

Alimlər elmi tədqiqatda 3 qız və 1 oğlan üzərində müşahidələr aparıblar. Onlarda erkən tüklənmə və süd vəzilərinin çıxması baş vermişdi. Məlum olub ki, bu yeniyetmələr evdə lavanda yağlı vasitələrdən çox istifadə edib. Elə ki, bu vasitələr aradan qaldırıldı, anomal böyümə də dayandı.

Mütəxəssislər valideynləri xəbərdar edir ki, uşaqlara lavanda və çay ağacı efir yağlarından ibarət məhsullar verməsinlər, çünki bu yağlar endokrin sistemi pozur və süd vəzilərini böyüdür.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.