Alimlər deyir ki, optimistlər daha çox yaşayır

25 Eylül 2019
630
0
Alimlər deyir ki, optimistlər daha çox yaşayır
Boston Universitetinin alimləri deyib ki, optimist insanların ömrünün uzunluğu pessimistlər ilə müqayisədə 15% yuxarıdır.

Feat.Az
bildirir ki, tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences"ə gətirilib.

Alimlər bir neçə il ərzində minlərlə könüllünü müşahidə ediblər. Onlar aşkar edib ki, optimistlər sağlam həyat tərzinə riayət edirlər, optimistlərdə hədəflərə çatmaq üçün kifayət qədər əminlik var, onlara sağlam vərdişlər yaratmaq olduqca asandır.

Həmçinin məlum olub ki, onlar çətin situasiyaları emosionallıqla idarə etmirlər və gərgin stressdən sonra, tezliklə bərpa olunurlar.

Alimlər qeyd edib ki, optimist insanlar daha az ürək-damar və ağciyər xəstəliklərinə tutulurlar. Boston Universitetinin alimləri, həmçinin əlavə edib ki, bu keyfiyyət anadangəlmə deyil və optimist olmağı öyrənmək olar.
Mənbə:facemark.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.