Kimlərə sarımsaq yemək olmaz? - Ziyanları AÇIQLANIB

14 Eylül 2019
876
0
Kimlərə sarımsaq yemək olmaz? - Ziyanları AÇIQLANIB
Sarımsaqla bağlı maraqlı araşdırma aparılıb. Sarımsaq ən çox faydalı xüsusiyyətləri ilə tanınır. Onun ziyanları isə o qədər məlum deyil. e-tibb.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, alimlər hesab edir ki, sarımsaq müəyyən qrup insanlar üçün ziyanlı hesab edilir. Məsələn, qaraciyər, böyrək problemlərindən şikayət edənlər sarımsaq qəbul etməməlidir. Çünki onun tərkibində olan bəzi maddələr bu orqanların işini pozur.

Feat.Az
bildirir ki, bu məhsulu ishal zamanı yemək qadağandır, bu vəziyyətdə bağırsaq iltihabı yarana bilər.

Aşağı təzyiq və göz xəstəlikləri zamanı sarımsağın istifadəsi düzgün sayılmır. Sarımsağın xüsusiyyətlərindən biri də qanı durultmasıdır. Qanda problemləri olanlar bunu nəzərə almalıdır. Eyni zamanda məhz bu xüsusiyyətə görə, hansısa cərrahiyyə əməliyyatından öncə sarımsaq yemək lazım deyil.

Hamilələr və ürəyində aritmiyası olanlar da bu məhsulu unutmalıdırlar.

Bundan başqa, digər bir araşdırmaya görə, sarımsaq beyin hüceyrələrini öldürür, beyində qan dövranına mane olur. Həm də beyinin reaksiya qabiliyyətini 3 dəfə azaldır. Yəqin elə buna görə pilotlara uçuşdan əvvəl sarımsaq, tərkibində bu ədviyyatı olan qidalar yemək tövsiyə edilmir.

Hesab olunur ki, qocalıqda yaddaş itkisi, huşsuzluq kimi hallardan uzaq olmaq üçün mümkün qədər az sarımsaq yemək, sarımsaq müalicələrindən uzaq olmaq lazımdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.