Danışa bilməyən uşağın ağlamasının 6 səbəbi - Necə sakitləşdirməli?

04 sentyabr 2019
241
0
Danışa bilməyən uşağın ağlamasının 6 səbəbi - Necə sakitləşdirməli?
Kiçik yaşlı, hələ danışıb, fikrini çatdıra bilməyən uşaqlar ətrafdakılara fikrini, problemini çatdırmaq üçün təbii olaraq ağlamaqdan istifadə edəcək.

1-2 yaşlı uşaqlar kədərli olanda, darıxanda, tək qalanda, diqqət istəyəndə, acanda, susuyanda, narahat olanda, istidə, soyuqda ağlayırlar.

Uşağın qarnı, başı, dişi, qulağı ağrıyanda da şiddətli ağlayır.

Feat.Az hələ danışa bilməyən uşaqların ağlamağının 6 səbəbini və bu zaman ananın hansı addımlar atmalı olduğunu təqdim edir.

1.Uşaq ananın diqqətini istəyir


Uşaqlar özlərini anası ilə taktil kontakt, bədən toxunuşu zamanı təhlükəsizlikdə hiss edir. Südəmər körpə tək qalmaqda qorxur, bu ərəfədə uşağa təhlükəsizlik hissi hava-su kimi lazımdır.

Həm də ananın övladı mimikalar vasitəsilə ünsiyyəti, baxışı, danışması uşağın görmə, eşitmə və nitqinin formalaşması üçün vacibdir. Nə qədər çətin olsa da, uşağı təklikdə ağlamaqla baş-başa qoymayın, 3 yaşından sonra o bu qədər sizə bağlanmayacaq.

2.Fizioloji tələbatlar


Aclıq, susuzluq, tualetə getmək istəyi, yuxu, isti, soyuq . Amma uşaq daha çox ac olanda bərk ağlayır.

Əgər sovet dövründə pediatrlar körpəni ciddi rejimlə, saatla əmizdirib yedirməyi tövsiyyə edirdilərsə, müasir pediatrlar uşağın şəxsi tələbatına görə yedizdirməyi deyir. Uşaq artıq yeməyəcək, doyan kimi çəkilir. Saata əməl etməklə uşaq yedirtmək 40 ildir qabaqcıl ölkələrdə tətbiq olunmur. Çünki bu rejim uşağın normal fizioloji inkişafına mane olur, həzm və sistemi üçün zərərlidir.

Əgər uşağa çox istidirsə, o əl-ayaqlarını kəskin kənara hərəkət etdirir, dərisi, üzü qızarır, dərisində xırda səpkilər yaranır.

3.Bağırsaq kolikləri, sancılar


Daha çox oğlan uşaqlarını ilk 6 ayında çox narahat edir. Koliklər uşağa rahatlanamağa, yatmağa, şən olmağa imkan vermir. Bu yaşda uşaqların fermentativ sistemi hələ inkişaf etmədiyindən, həzm pozuntuları çox olur və bağırsaqlarda qazlar çox yığılır. Bu çox ağrılıdır.

Uşağın qarnı gərgin olur, ayaqlarını qarnına yığır, sonra qəfil açır, yumruqlarını bükür.
Bu zaman uşağı qarnı üstə qurbağa pozasında qoymaq, qarnını isti ovuclarla dairəvi masaj etmək, köp əleyhinə dərman və ya çay verilir, qaz yaradan qidaları azaldır, süd, alma, armud və s. az verilir.

4.Xəstəlik, ağrı

Bu ən ciddi səbəbdir. Başqa səbəblərlə qarışdırıldığından, vaxtında həkimə aparılmır.

Əgər uşaq kəskin işığa, səsə ağlayırsa, gözünü yumursa, heç bir köməkdən sonra sakitləşmirsə, yeməklər arasında fasilə olmasına baxmayaraq acımırsa və az yeyirsə deməli, xəstəlik var. Daha çox infeksion vuruslara yoluxurlar. Həmçinin uşaqlarda da kor bağırsaq, yırtıq, xaya və yumurtalıq burulması, bir sıra ağır xəstəliklər zamanı şiddətli ağrı olur

5.Dişləri


Diş çıxararma prosesi 3 ayından başlayıb (bəzilərində tez-gec) 1 yaşına kimi davam edir. Ağrı və hərarətsiz keçmir. Bu narahatlıq uşağı ağladır. Damaqda ilk diş çıxanda daha şiddətli ağlayır.

Əgər diş dibi açıla bilmirsə, diş ətində iltihab varsa, həkimlə məsləhətləşib, uşağa kömək edin. Bunun üçün xüsusi diş halqası apteklərdə satılır.
Bu ağrıları azaltmaq üçün uşağa sərin əmzik, bərk banan və ya xiyar vermək olar. Qabıqlarını soyun.

Eləcə də lidokain əsaslı gel alıb, damaqda diş çıxan hissəyə az çəkib masaj etmək olar.
Belə uşaqları tez-tez vannada ilıq suda çimdirmək də effektivdir.

6.Allergiya


XXI əsrin bəlası olan allergiya qidalar, ekologiya, GMO, genetik dəyişikliklər səbəbindən ildən-ilə artır.
Körpələrdə olan atopik dermatit, həzm pozğunluqları, qaşınma, səpki gecələr uşağın ağlamasına səbəb ola bilər.

Süni qidalar qəbul edən körpələrdə daha çox rast gəlinsə də, ana südü ilə qidalanan körpələrdə ananın allergik qidalar yeməsi səbəbindən südlə allergenin keçməsindən baş verir.

Ana qırmızı rəngdə olan meyvələr, istiot, şokolad, portağal, şirniyyat, inək südü, yumurta yeməməlidir.

Uşaq ağlayanda ana nə etməlidir?


-İlk öncə qucağa götürüb, uşağı sinəyə sıxmaq, qurbağa pozası vermək, bu ilk səbəbi tapmaq üçündür
-Ağlamağa davam etsə, acdır, susuzdur, yuxusu var

-Yedikdən sonra da ağlasa onu narahat edən kənar təsirləri tapmaq, ya geyimi boşaltmaq, ya soyuqdursa, əlavə geyindirmək, dişi, qarnı, qulağı və s. diqqət yetirmək

-Əgər ana uşağı sakitləşdirərkən, nevrostik vəziyyətdə olarsa, uşaq əksinə sakitləşməyəcək
-Əgər heç bir şey kömək etmirsə, həkimə göstərin
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
17.09.2019 Gündəlik Bürclər (17 Sentyabr 2019 Günlük Bürclər)
20:00
0

17.09.2019 Gündəlik Bürclər (17 Sentyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (264)
19:00
66

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (264)

Sevmək Gözəldir Yazılı Şəkilləri 2019 (82)
18:00
178

Sevmək Gözəldir Yazılı Şəkilləri 2019 (82)

Bu xəstəliyə hər beş qadından birində rast gəlinir
17:00
75

Bu xəstəliyə hər beş qadından birində rast gəlinir

Qığılcım Yazılı Şəkillər 2019 (84)
15:00
285

Qığılcım Yazılı Şəkillər 2019 (84)

Orqanizm üçün ən vacib vitamin bu saatlarda qəbul edilir
14:00
74

Orqanizm üçün ən vacib vitamin bu saatlarda qəbul edilir

Bürclərin Marağını Necə Çəkə Bilərsən? - Fotolar
13:00
182

Bürclərin Marağını Necə Çəkə Bilərsən? - Fotolar

İnsanın ölümü bağırsaqlarından başlayır – Sizi xilas edəcək RESEPT
12:00
109

İnsanın ölümü bağırsaqlarından başlayır – Sizi xilas edəcək RESEPT

Lobyalı, toyuqlu salat resepti - Video resept
11:00
64

Lobyalı, toyuqlu salat resepti - Video resept

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 530 İRƏLİ