Stressdən çıxmaq üçün nə etmək lazımdır? - Bu MƏŞQLƏR...

10 Ekim 2019
1 024
0
Stressdən çıxmaq üçün nə etmək lazımdır? - Bu MƏŞQLƏR...
"Demək olar ki, hər birimiz gündəlik həyatımızda stress yaşayırıq. Stressin orqanizmə nə qədər zərər verdiyi heç kim üçün sirr deyil. Amma necə deyirlər, dərd varsa, dərmanı da var. Stress və nigarançılıq hissi ilə mübarizədə sakitləşmək və rahatlaşmaq üçün ən güclü silahlardan biri fiziki məşqlərdir".

Feat.Az
bildirir ki, bunu nevroloq, uzman həkim Nərgiz Ağayeva açıqlayıb.

Həkim qeyd edib ki, piyada gəzmək, qaçmaq, velosiped sürmək insanı son dərəcə rahatlandırır: "Bunları edəndə fikrinizi düzgün nəfəs alıb-verməyə yönəltsəniz, o zaman digər gərgin fikirlərdən uzaqlaşmış olacaqsınız. Sizin sağlamlığınız və həyat tərziniz üçün hansı fiziki məşqin daha uyğun olduğunu aydınlaşdıra bilməsəniz, mütəxəssislə də məsləhətləşə bilərsiniz. Bu məşqləri həyatınıza daxil edin və mütəmadi olaraq yerinə yetirin. Hətta bəzi fiziki məşqləri evdən çıxmamaq şərti ilə də yerinə yetirə bilərsiniz.

Stressiz həyat yoxdur. Amma stress sizin sinir sisteminizi, həyat tərzinizi, yaxınlarınızla münasibətinizə mənfi təsir edirsə, demək ciddi problemlə qarşılaşa bilərsiniz. Bu vəziyyətə düşməmək üçün həyatınıza nizam verməlisiniz.

Həyatımızdakı stress yaradan faktorları təəssüf ki, hər zaman ortadan qaldıra bilmərik, amma yuxarıda qeyd etdiyimiz hərəkətləri və digər rahatlama yolları ilə həm fiziki həm zehni baxımdan daha sağlam qala bilərik".
Mənbə:e-tibb.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.