Kalsium sümük-dayaq sisteminin formalaşmasında böyük rol oynayır

25 Ekim 2019
159
0
Kalsium sümük-dayaq sisteminin formalaşmasında böyük rol oynayır
İnsan orqanizmində kalsium çatışmazlığı aktual problemlərdən biridir. Mütəxəssislərin fikrincə, əslində kalsium çatışmazlığının əsası uşaq yaşlarından yaranmağa başlayır. Tərkibində yetərincə kalsium olan qidalardan istifadə edilməməsi zaman keçdikcə öz təsirini göstərir.

Süd əsl kalsium mənbəyidir. Müəyyən edilib ki, 1 stəkan süd içilməsi orqanizmin 13 qram karbohidrat, 8 qram yağ, 290 milliqram kalsium və digər vitaminlərlə təmin olunması deməkdir.

Süd zülallarının bitki mənşəli zülallara görə keyfiyyəti daha yüksəkdir. İnsan bədəni süd zülallarını daha yaxşı mənimsəyir. Xüsusilə böyümə, inkişaf çağında olan uşaqların sümüklərinin və toxuma zülallarının inkişafına faydalıdır. Bədəndəki yaraların sağalmasına və iltihabların aradan qaldırılmasında zülalın böyük təsiri var.

Feat.Az bildirir ki, həkim-endokrinoloq Gülay Məmmədova bu barədə deyib: "Kalsiumla ən çox zəngin olan küncütdür. İspanaqda və yarpızda çox az miqdarda olsa da, kalsium var və onlardan orqanizmə lazım olan gündəlik kalsiumu almaq olmur. Həm də kalsiumu D vitamin ilə birlikdə qəbul etmək lazımdır ki, onun sümüklərə ötürülməsini təmin etsin".

Tədqiqatlar nəticəsində məlum olub ki, gün ərzində 19-50 yaşlarında olanlar 1000 mq, 51 yaşdan yuxarı olanlar isə 1200 mq kalsium qəbul etməlidir. Kalsium çatışmazlığı orqanizmdə bir sıra problemlərə səbəb ola bilər.

Həkim-endokrinoloq deyib: "Kalsium mübadiləsi normal olanda təzyiq də normal olur. Kalsiumun ən başlıca göstəricisi orqanizmin qoruyucu sümük-dayaq sisteminin formalaşmasında böyük rol oynamasıdır. Sümük-dayaq sistemi nəinki hərəkət zamanı, həyati vacib orqan olan baş-beyin, ürək-damar və daxili orqanların qorunmasında bir karkas rolu oynayır".
Mənbə:AZƏRTAC
Əvvəlki Xəbər Növbəti Xəbər
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Tarixdə Bu Gün - 22 Noyabr
09:00
0

Tarixdə Bu Gün - 22 Noyabr

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (66)
21:00
566

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (66)

22.11.2019 Gündəlik Bürclər (22 Noyabr 2019)
20:00
2 329

22.11.2019 Gündəlik Bürclər (22 Noyabr 2019)

Sevginin ömrünü necə uzatmaq olar?
19:00
323

Sevginin ömrünü necə uzatmaq olar?

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (327)
18:00
699

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (327)

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (341)
17:00
634

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (341)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
255

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Sağlamlıq üçün ən zərərli qida müəyyənləşdirildi - Ağlagəlməz nəticə
15:00
117

Sağlamlıq üçün ən zərərli qida müəyyənləşdirildi - Ağlagəlməz nəticə

Qığılcım Yazılı Şəkillər 2019 (98)
14:00
650

Qığılcım Yazılı Şəkillər 2019 (98)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ