Dil xərçəngi - Səbəbləri, müalicəsi

13 Aralık 2019
900
0
Dil xərçəngi - Səbəbləri, müalicəsi
Ağız boşluğu, damaq, ağız içi selikli qişanın xəstəlikləri, damaq problemləri, dodaq, ağız içi, dil xərçəngi hazırda dünyada sürətlə artır. Dünya əhalisinin 50%-i, təxminən 4 milyarda yaxın insan ağız içi xəstəliklərə yoluxub. Ağız içinə aid xərçəng isə 15 ən geniş yayılmış onkoloji xəstəliklər siyahısındadır.

Feat.Az
xəbər verir ki, dünya alimləri bildirir ki, insanların ağız boşluğu infeksiyaları və gigiyenasına lazımi səviyyədə diqqət ayırmadıqca, problemin ciddiyətini anlamayınca vəziyyət daha da pisləşəcək.

"İnsanlar hələ də başa düşmür ki, ağız içi də digər orqanlar kimi bir orqandır və ağız xəstəlikləri insan üçün təhlükəli və ölümcül ola bilər. Ağız içində təkcə diş, karies olmur. İnkişaf etmiş ölkələrdə ağız içi xəstəliklərin öncədən profilaktikasına diqqət və vaxt ayrılır, nəinki sonradan müalicəsinə".

Avropa Birliyində stomatoloji xidmət və müalicə bahalılığına görə 3-cü yerdə durur. Diş, dil və ağız içi müalicəsi diabet və ürək-damar xəstəlikləri qədər vacibdir.

Dişləri qorumaq və profilaktika üçün saqqız, diş məcunu və məhlulların reklamından başqa birşey düşünülmür. Hansı ki, bunlar problem yaradan səbəblər deyil. İnsanlar dişləri məhv edən daha real səbəblərlə mübarizə aparmalıdır.

Dil xərçəngi yastı epitelidən ibarət olan bədxassəsi şişdir. Statistikaya əsasən, dil xərçəngi əksər hallarda kişilərdə inkişaf edir. Xəstəliyə əsasən daha yaşlı insanlarda təsadüf edilir, lakin bəzən bu xəstəlik daha cavan insanlarda da inkişaf edir. Şiş əsasən dilin böyür hissəsində, daha nadir hallarda dilin altında, kökündə və uc hissəsində inkişaf edir.

Xəstəliyin əsas yaranma səbəbləri:

- Siqaret çəkmək

- Kimyəvi yanıqlar

- Spirtli içkilərin qəbulu

- Çox isti qidaların və içkilərin daim qəbulu

- İrsiyyət.

- Dilin xroniki travmaları (məsələn, sınmış dişin iti hissəsi dili daim kəsdikdə və ya yaxşı "oturmayan" protez dili daim zədələdikdə və s.)

Dil xərçəngi çox tez bir zamanda limfa düyünlərinə metastaz verir (yayılır). Bu səbəbdən dil xərçənginin vaxtında aşkar olunması və müalicənin düzgün aparılması olduqca vacibdir.

Müalicəsi:

Xəstəliyin ilkin mərhələlərində başlayarsa,xəstələr əksər hallarda tam sağalır. Lakin daha gecikmiş mərhələlərdə xəstəliyin proqnozu pis olur.

Xəstəliyin əsas simptomu dilin üzərində (əsasən böyür hissəsində) kiçik (1 sm kimi) xoranın əmələ gəməsidir. Xora tədricən böyüyür, əvvəllər ağrı vermir və heç bir müalicəyə tabe olmur. Xəstəlik inkişaf etdikcə boyun limfa düyünləri böyüyür, dildə göynəmə, qaşınma, ağrılar əmələ gəlir. Ağrılar dildə hiss olunur, qulağa, ənsə və gicgah nahiyələrinə yayılır. Daha sonra boyunda, üzdə ödem əmələ gəlir, ağız suyunun ifrazı artır, ağızdan pis qoxu gəlməyə başlayır.

Dil xərçəngi xəstəliyinin əvvəlində şiş həmçinin ağ ləkə, dil toxumasının bərkiməsi, papilloma şəklində ola bilər. Bu səbəbdən dilin üzərində istənilən törəmə onkoloqa müraciət üçün səbəb olmalıdır. Dəqiq diaqnoz biopsiya nəticəsində qoyulur, törəmənin mikroskopik hissəsi götürülür və müayinə edilir.

Dil xərçənginin müalicəsi cərrahi əməliyyat, kimyəvi və şüa terapiya vasitəsilə həyata keçirilir. Müalicə metodu xəstəliyin mərhələsindən, xəstənin yaşından, xəstədə digər xəstəliklərin olub-olmamasından və s. amillərdən asılı olaraq fərdi şəkildə seçilir.

Dil xərçəngi zamanı əsas müalicə metodu cərrahi əməliyyat sayılır. Əməliyyatdan sonra xəstəyə şüa terapiyası təyin oluna bilər. Əgər xəstəlik gecikmiş mərhələlərdə aşkar olunubsa, cərrahi əməliyyat tətbiq olunmur.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.