Süd vəzi xərçəngi olan kişilər daha tez ölür - STATİSTİKA

19 Kasım 2019
747
0
Süd vəzi xərçəngi olan kişilər daha tez ölür - STATİSTİKA
Süd vəzi xərçəngi təkcə qadınlarda yox, kişilərdə də rast gəlinir və son zamanlar geniş yayılıb. Aparılan statistika göstərib ki, süd vəzi xərçəngindən ölüm kişilərdə daha çxo olur, nəinki qadınlarda. Qadınlar müalicəyə də daha tez reaksiya verir.

Feat.Az
Amerika onkoloqlarının bu səbəbi araşdıran elmi tədqiqatlarını təqdim edir.

Alimlər hesab edir ki, bu kişilərin daha qeyri-sağlam həyat keçirmələri və müalicəyə gec gəlmələri və müalicəyə tabe olmamalarından irəli gəlir.

Son 5 ildə bu diaqnoz qoyulan kişilər arasında ölüm qadınlarla müqayisədə 19% çoxdur.

Kişilərdə süd vəzidə şiş 1% hallarda rast gəlinir.

Elmi araşdırmalar sübut edib ki, bu xəstəliyə tutulan kişilərin 80%-də ER - yəni qadın cinsi hormonu estrogen müsbət olub. Bu eyni xəstəliyə tutulan qadınlardan 10% daha çoxdur.

Belə olan halda kişi orqanizmində estrogen çox olarsa, şiş hüceyrələrini stimulə edib böyüdə bilər. Əgər belədirsə, kişilərə hormonal terapiya daha çox effekt verməlidir nəinki qadınlarda. Amma realda nəticələr əksinə olur. Alimlər kişilərin siqaret, alkoqol qəbul etməsini xəstəliyin sürətlə ölümə səbəb olmasına təsir edən amil kimi baxır. Lakin ola da bilər ki, kişilərdə olan estrogenlə qadınlarda olan estrogen fərqlidir və ona görə eyni müalicə kişilərə müsbət təsir etmir.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.