Eqo beyində deyil - ARAŞDIRMA

06 Kasım 2019
671
0
Eqo beyində deyil - ARAŞDIRMA
Özgüvən, özünə dəyər kimi hislərlə əlaqəli olan eqo, həm də genetika və stress kimi bir çox faktordan təsirlənir.

Feat.Az
bildirir ki, eqonun nə olduğu barədə bir çox fəlsəfi və psixoloji təriflər var. Ümumiyyətlə, eqo öz şəxsiyyətinin qavranılması və ya insanın özünü necə görməsi kimi şərh olunur. Bəs sağlıqlı bir ego quruluşu qeyri-sağlam bir eqoya necə keçə bilər?

Eqo beyində yer almır

Əslində, eqonun neyron təsviri hələ edilməyib. Harvard Universitetinin professoru Jerome Kaqanın sözlərinə görə, eqo beyində yer almır. Beyində mövcud olan şey, özünə inamı modulyasiya edən, özünə şübhə və narahatlıq hissi ilə müdaxiləni idarə edə bilən bir beyin dövrəsidir.

Kaqana görə, "Mən özümü mükəmməl hiss edirəm. Dünyanı fəth edə bilərəm"- kimi hiissləri yarada bilən beyin dövranını hələ də tanımış deyilik. Yəni, bunların adını çəkmək mümkün olsa belə, kimya və ya anatomiyasını heç kim bilmir.

Tədqiqatçılar, mənliyin və ya eqonun beynində necə əks olunduğunu anlamaq üçün getdikcə müasir neyroşəbəkə texnologiyalarından istifadə edirlər. Beyinin görüntüləmə işləri ilə şəxsin neyrobiologiyasını araşdırırlar.

Şəxsiyyət pozğunluğu eqoya necə təsir edir?

Şəxsiyyət pozğunluğu aşırı şişirdilmiş mənlik, xarakter xəstəliyidir. Bu zaman şəxsin ağlı özü ilə o qədər maraqlanır ki, hadisələrə başqasının gözündən baxma hissini itirmiş olur. Bununlabelə şəxsiyyət pozğunluğu olan insanlarda xüsusilə güclü şəxsiyyət hissi yoxdur. Belə şəxslər bəzən başqa bir insanın şəxsiyyətini sanki paltar geyinmiş kimi geyinərək, başqaları ilə yaxınlaşır.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.