Üz masajı ilə plastikanı əvəzləyin

18 Kasım 2019
248
0
Üz masajı ilə plastikanı əvəzləyin
Masaj zamanı dərinin qan dövranı və maddələr mübadiləsi yaxşılaşır, dəri dartılır, cavanlaşır, sağlam və təravətli çalarlıq alır.

Feat.Az
bildirir ki, üz masajı, üz dərisi hətta həssas olduqda da aparıla bilər. Masaj həkim-kosmetoloq tərəfindən üz dərisi qocalmağa başlayan qadınlara (30 yaşından sonra) təyin edilir. Masaj texnikasının düzgün şəkildə yerinə yetirilməməsi, dərinin qocalması prosesini gücləndirərək mövcud olan qırışları da artıra bilər.

Üz masajı üçün əks göstərişlər

-irinli səpgilər

-üz damarların genişlənməsi

-üzün tüklənməsi, yanıqlar

-çatlar

Dərinin cavanlığını qaytaran təsirli vasitələrdən biri də üz əzələləri üçün olan xüsusi gimnastik hərəkətlərdir. Onu da yalnız tələbat yarandığı halda yerinə yetirmək lazımdır.

Masaj hərəkətlərinə başlamazdan qabaq üz dərisini yaxşı təmizləmək lazımdır. Dəri çox qurudursa və hərəkətlərin yerinə yetirilməsi diskomfort yaradırsa, gimnastik hərəkətdən qabaq təmizlənmiş üzə az miqdarda krem və ya bitki yağı sürtmək olar. Hərəkətlər kompleksi başa çatdıqdan sonra dəri təkrar olaraq təmizlənməli və üzərinə qidalandırıcı krem və ya maska çəkilməlidir.

Masaj edərkən mütləq iri güzgü önündə dik oturmuş vəziyyətində olun.

Ağız və çənə nahiyələrinin möhkəmləndirilməsi və dodaq bucaqlarının qaldırılması üçün masaj:

- Hər iki əlinizin orta və adsız barmaqlarını çənə nahiyəsinin mərkəzindəki batıq sahayə qoyun. 3 saniyə ərzində bu yerdə saxladığınız barmaqlarınızla, getdikcə bir qədər artırmaqla, təzyiq edin. Sonra etdiyiniz təzyiqi saxlamaqla, barmaqlarınızla hər iki tərəfdən dodaq bucaqlarını dolanıb keçərək onları yuxarı dodaq üzərindəki mərkəzi batıq hissədə birləşdirin. Barmaqlarınızla 3 saniyə ərzində bu nöqtəni sıxın və sonra barmaqlarınızı birdən qaldıraraq təkrarən çənə nahiyəsinin mərkəzindəki batıq sahəyə qoyun. Bu hərəkəti 10-15 dəfə təkrar edin.

- Bu məşğələni yerinə yetirdikdən sonra üst dodağın burunaltı nahiyəsinə şəhadət və orta barmaqlarınızla 1-2 dəqiqə ərzində döymə hərəkətləri edin.

Burun-dodaq qırışlarının hamarlanması üçün masaj:

- Burun-dodaq qırışlarının yaranması əksər hallarda, üst və alt çənə dişlərini bir-birinə sıxmaq kimi "zərərli" vərdiş nəticəsində əmələ gəlir. Dişlərin bir-birinə sıxılması üzün gözəlliyinə qarşı olan ən zərərli vərdişlərdən biridir. Üst və alt çənə dişləri hər zaman bir-birindən aralı qalmalıdır. Bu zaman onlar arasındakı məsafə ən azı 2-3 mm olmalıdır. Burun-dodaq qırışlarının hamarlanması üçün aşağıdakı məşğələdən istifadə olunur.

Alın dərisinin hamarlanması

- Bir əlinizin ovucunu yastısına olmaqla alnınıza qoyun. Alnınıza bir qədər təzyiq edin. 10-15 dəfə kifayət qədər sürətli tempdə olmaqla qaşlarınızı qaldırın və salın. Bir necə saniyə müddətinə alnınızı sərbəstləşdirin. Sonra hərəkətləri yenə 2-ci dəfə təkrar edin.

- Hər iki əlinizin şəhadət, orta və adsız barmaqlarını kip şəkildə alının orta hissəsinə sıxın. 3-ə qədər sayaraq barmaqlarınızı yüngülcə alnınıza sıxaraq gicgahlara tərəf dartın. Bu hərəkətləri 5 dəfə etdikdən sonra 10 saniyə dincəlin, sonra bir daha təkrar edin.
Mənbə:medicina.az
Əvvəlki Xəbər

ƏN SON XƏBƏRLƏR

HAMISI
Siçan ilində bizi nə gözləyir? - Şərq təqviminə görə ASTROLOJİ PROQNOZ
00:30
104

Siçan ilində bizi nə gözləyir? - Şərq təqviminə görə ASTROLOJİ PROQNOZ

Siçan ili kimin üzünə GÜLƏCƏK? - İlin sonuna qədər bürclər nələri başa çatdırmalıdır?
00:08
131

Siçan ili kimin üzünə GÜLƏCƏK? - İlin sonuna qədər bürclər nələri başa çatdırmalıdır?

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (346)
21:00
485

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (346)

12.12.2019 Gündəlik Bürclər (12 Dekabr 2019)
20:00
2 105

12.12.2019 Gündəlik Bürclər (12 Dekabr 2019)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (346)
19:00
645

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (346)

2020 Yeni il Şəkilləri (11)
18:30
290

2020 Yeni il Şəkilləri (11)

Dodaq boyanıza görə xarakterinizi analiz edin - Test
18:00
180

Dodaq boyanıza görə xarakterinizi analiz edin - Test

Qığılcım Yazılı Şəkillər 2020 (104)
17:00
486

Qığılcım Yazılı Şəkillər 2020 (104)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
180

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ