Kəpəyin yaranma səbəbləri və müalicəsi

25 Kasım 2019
1 197
0
Kəpəyin yaranma səbəbləri və müalicəsi
Kəpək başın tüklü hissəsində laylı yağlı və ya kiçik quru ağımtıl-sarımtıl rəngli pulcuqların əmələ gəlməsidir. Başın qaşınması ilə müşayiət olunur; saçlar cansız, quru, tez qırılan, yağlı və ya parlaq olur. Seboreya, psoriaz, dərinin göbələk xəstəlikləri, sinir gərginliyi, A və ya B qrup vitaminlərinin defisiti, saçlara qeyri-düzgün qulluq nəticəsi, mədə-bağırsaq traktının fəaliyyətinin pozulmasının təzahürü ola bilər. Kəpək saç tökülməsinin geniş yayılmış səbəbidir; o, nəzərə çarpan kosmetik problem yaradır.

Feat.Az
bildirir ki, kəpəyin yaranmasına bir sıra səbəblər var. Əsas yaranma səbəbi Malassezia Furfur göbələklərinin həddən artıq inkişafı nəticəsində baş dərisinin vəziyyətinin dəyişməsidir. Bu göbələk baş dərisində yaşayan fakultativ mikrofloraya aiddir və normal şəraitdə onun həyat fəaliyyəti simptomsuz gedir.

Stress, piy vəzilərinin fəaliyyətinin pozulması, qidalanmanın pozulması; hamiləlik, cinsi yetişkənlik dövrü, menopauza kimi hormonal dəyişikliklər M. furfur-un aktivləşməsini təşviq edə bilər. Kəpək çox tez-tez saçlara düzgün qulluq olunmadıqda meydana çıxır. Saçları tez-tez boyama, kimyəvi maddələr vasitəsilə burma, saçlar üçün dizayn vasitələrindən istifadə, fenlə qurutma, ilin soyuq dövrlərində baş örtükləri ilə qorumama və ya əksinə, qapalı məkanlarda uzun müddət geyinmə baş dərisinin mikroflorasının aktivliyinə gətirib çıxarır. Bronxo-pulmonal xəstəlikllər, mədə-bağırsaq traktının patologiyaları və immunitetin zəifləməsi də göbələklərin aktivasiyasına gətirib çıxara bilər.

Yaranması

Kəpək pasiyent üçün ilk növbədə estetik problemdir. Belə ki, kəpəyi olan insanın xarici görünüşü natəmiz və bir qədər xoşagəlməz olur. Saçların həddən artıq yuyulması və kəpəyin fen vasitəsilə təmizlənməsi simptomatikanı daha da gücləndirir. Tünd saçlı insanlarda kəpək daha çox nəzərə çarpır; o, pulcuq şəklində başın tüklü hissəsində yayılır. Belə ki, darama zamanı pulcuqlar aşağıya tökülür. Kəpək yayılmış xarakter daşıdıqda və onun aradan qaldırılması üçün heç bir tədbir görülmədikdə saç tökülməsi başlana bilər. Kəpəyi problem hesab edən insanlar baş geyimlərindən istifadə etməyə çalışırlar; onları daha az nəzərə çarpan etmək üçün saçlarını açıq rəngə boyayırlar. Bütün bu cəhdlər isə baş dərisində patoloji prosesi daha da dərinləşdirir.

Müalicəsi

Kəpəyin bütün müalicə dövrü ərzində aqressiv saç prosedurları, fenlə qurutma istisna olunur; təbii taxtadan hazırlanmış daraqlardan istifadə etmək tövsiyə olunur və bu daraqlar bir neçə aydan bir dəyişdirilməlidir. Belə ki, taxta dəri piyini yaxşı mənimsəyir. Saçalara qulluq üçün nəzərdə tutulmuş vasitələr təyin olunur. Kəpək problemini tərkibində göbələk əleyhinə komponentlər olan şampunlar həll edir. Müalicəvi kosmetika kəpəyin öhdəsindən gəlmədikdə və problemin meydana çıxmasına gətirib çıxaran daxili xəstəliklər olduqda fizioterapiya göstərişdir. Problem baş dərisinin damarlarının yığılması/genişlənməsi nəticəsində yarandıqda kriomassaj mikrosirkulyasiyanı və saç follikulunun qidalanmasını yaxşılaşdırır. Nəticədə yerli immunitet yüksəlir, göbələyin fəaliyyəti blokada olunur və kəpək simptomları itir. Kriomassajdan sonra dəriyə çəkilmiş müalicəvi preparatlar daha yaxşı sorulur.

Kəpək zamanı daraq şəkilli vakum elektrodunun istifadəsi ilə baş dərisinə darsonvalizasiya göstərişdir. Baş dərisinin qıcıqlanması reflektor olaraq damarların tonusunu yaxşılaşdırır, nəticədə maddələr mübadiləsi yaxşılaşır.

Yüksəktezlikli cərəyan baş dərisinin kəpək pulcuqlarından təmizlənməsinə rəvac verir; iltihab əleyhinə və dağlama effekti verir. Bu isə xüsusən əhəmiyyətlidir; belə ki, kəpək zamanı ekskoriasiya və cızıqlar kifayət qədər tez-tez müşahidə olunur. Bundan başqa, darsonvalizasiya sinir sisteminə sakitləşdirici təsir göstərir. Kəpəyin psixoloji problem yaratması və daimi stressin simptomatikanı yalnız gücləndirməsi səbəbindən fizioterapiyanın müalicəvi kosmetika ilə birgə təyini həm kəpəyi, həm də oyanıqlığı dəf etməyə kömək edir.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.