Keçməyən yuxululuğun GİZLİ SƏBƏBLƏRİ

31 Ocak 2020
674
0
Keçməyən yuxululuğun GİZLİ SƏBƏBLƏRİ
Yuxululuq, apatiyanın səbəbləri arasında bəzi dərmanların qəbulu, havasız məkanda uzun müddət ərzində qalmaq və s. ola bilər.

Lakin bəzi hallarda keçməyən yuxululuq hər hansı xəstəliyin simptomu kimi meydana çıxır.

Feat.Az
bu xəstəliklər haqqında məlumat təqdim edir:

Qanazlığı

Yuxululuq qanazlığının əsa simptomlarından biridir. Orqanizmdə dəmirin çatışmazlığı hemoqlobinin istehsalını azaldır. Hemoqlobin orqanizmin hər hüceyrəsinə oksigen daşıyır. Beyin oksigenin çatışmazlığına birinci reaksiya verir ki, insan yuxululuq, zəiflik, başgicəllənməsi hiss etməyə başlayır.

Depressiya

Müasir insanların bəlası olan depressiya da özünü səbəbsiz yorğunluq, zəiflik və yuxululuqla büruzə verir.

Depressiyada olan insan hətta yataqdan durmaq, adi ev işlərini görmək, özünə baxmaq istəmir.

Apnoe

Yuxuda xoruldayan (tibdə buna "apnoe" deyilir) insanlarda gecə zamanı dəfələrlə nəfəsalmanın dayanması baş verir. Bunun nəticəsində insan hiss etmədən tez-tez oyanır və yenə yuxuya gedir. Təbii ki, belə yuxu natamam olur və insan gün ərzində daim yuxululuq və yorğunluq hiss edir.

Apnoenin digər daha ciddi təhlükəsi ondan ibarətdir ki, bu hal infarkt və xüsusilə də insultun riskini artırır.

Zob xəstəliyi

El arasında qalxanvari vəzi xəstəlikləri daha çox "zob" kimi tanınır. Qalxanvari vəzinin funksiyası azalanda yorğunluq, keçməyən yuxululuq, yaddaşın pozulması, çəkinin səbəbsiz artması kimi simptomlar meydana çıxır.

Hipotoniya (aşağı təzyiq)

Hipotoniyadan əziyyət çəkənlərdə beyin kifayət qədər oksigen almır və bu da yuxululuq, zəiflik, baş gicəllənməsinə səbəb olur.

Şəkərli diabet

Orqanizmin əsas enerji mənbəyi qlükozadır. Şəkərli diabet zamanı qlükozanın hüceyrələrə daxil olması prosesi pozulur ki, nəticədə insan özünü zəif, yorğun və yuxulu hiss edir.

Şəkərli diabetin digər simptomları arasında: keçməyən susuzluq, dəridə və cinsiyyət orqanlarında qaşınma, sidik ifrazının artması.
Mənbə:saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.