Elm haqqında aforizmlər

14 Kasım 2014
9 697
0
Elm haqqında aforizmlər
Elm haqqında aforizmlər


(Ey Rəsulum! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi. ( Qurani Kərim)

Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək. (Hz.Muhəmməd s.ə.v.)

Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elm də çoxdur, lakin hamısı faydalı deyil. (Hz.İsa s.ə.v.)


Hər qab içinə bir şey qoyduqca daralır. Ancaq elm qabı istisnadır: o, elm qoyulduqca genişlənir. ( Hz.Əli ə.s.)



Əgər elm ümidlə olsaydı, dünyadakı bütün insanlar alim olardı. ( Hz.Əli ə.s.)

Kim özündən çox bilənlə mübahisə etsə ki, biliyi meydana çıxsın, biliksizliyi ortaya çıxar. ( Sədi Şirazi)

Bütün elmlərin açarı sual işarəsidir. ( Onore de Balzak: Fransız yazıçısı)

Övladım! Vaxtının bir hissəsini elm öyrənməyə ayır! Çünki heç bir şey elmdən usaqlaşmaq kimi insan ömrünü məhv etmir. ( Loğman: Hikmət sahibi)

Bir elmi öyrənmək istədikdə sən
Çalış ki hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan. ( Nizami Gəncəvi:Dahi Azərbaycan şairi )

Elmin hüdudları üfüq xəttinə oxşayır: biz ona nə qədər yaxınlaşsaq, o bizdən bir o qədər uzaqlaşır. ( Pyer Buast: Fransız dilşünası )

Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur; nə millidirsə, o, artıq elm deyil. ( Anton Pavloviç Çexov: Rus yazıçısı )

Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər

isə ondan bəhrələnirlər. ( Frensis Bekon: İngilis alimi )



Elm öyrənmək heç vaxt gec deyil. (İbn Sina: Şərq filosofu və həkimi )

Elmi çox vaxt biliklə qarışıq salırlar. Bu kobud səhvdir. Elm təkcə bilik deyil, həm də şüurdur. tarixçisi ( Vasili Osipoviç Klyuçevski: Rus)


Elm dərkdən başqa bir şey deyildir. ( Platon: Qədim Yunan filosofu )

Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir. (Sokrat)

Elm səbəb, əməl isə nəticədir. ( Nəsrəddin Tusi: Azərbaycan dramaturqu )

Elm insanın tacı, var-dövlət isə boğazdan sallanan boyunbağıdır. ( Covanni Viko: İtalyan filosofu )

Elm həm bildiklərinizi, həm də bilmədiklərinizi bildirmək üçündür. ( Çin atalar sözü )

Vicdansız elm ruhun çöküntüsüdür. ( Fransua Rable: Fransız yazıçısı )

Elm sahibi olmadığını bilməyin özü də bir növ elm sahibi olmaq deməkdir. ( Konfutsi: Qədim Çin mütəfəkkiri )



Elmdə qürur olmaz, olarsa, həqiqətlər yox olar. ( Henri Kaldervud: İsveç filosofu )



Könlüm elmlərdən qalmadı məhrum

Sonda bildim heç nə deyilmiş məlum. (Nəsrəddin Tusi: Azərbaycan alimi və dövlət xadimi)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.