Dünyanın ölümcül xəstəlikləri

20 Ağustos 2014
1 880
0
Dünyanın ölümcül xəstəlikləri
Dünyanın ölümcül xəstəlikləri


Dünyanın ən dəhşətli və ölümcül xəstəlikləri.

Dünyada yayılan bu xəstəliklər milyonlarla insanın ölümünə səbəb olub. Onların bəzilərinin dərmanı hələ də, tapılmayıb.

Ölümcül xəstəliklər sırasında ilk yerdə AİDS xəstəliyidir. 1981-ci ildən bu günə qədər 25 milyonun ölümünə səbəb olub. İİV virusu bədənin immum sisteminin müqavimətini zəiflədir, nəticədə insan bir çox mikrob və infeksiyalara qarşı həssaslaşır və AİDS xəstəliyi yaranır.

Qrip də ölümcül xəstəliklər sırasındadır. Tənəffüs yolları və fiziki təmasla yayılan bu virusdan hər il 36 min nəfər ölür. Ispaniya qripi 1918-19-cu illərdə yayılıb. A tipi H1N1 adlanan bu xəstəlik 100 milyon insanın ölümünə səbəb olub.

Uşaq iflici də virus nəticəsində yayılan xəstəlikdir. Virus sinir sistemininin işini dağıdaraq ömürlük iflic və ya ölümə səbəb olur. Müxtəlif yaşlarda təsadüf edilən bu xəstəliyə səbəb olan virus daha çox 3 yaşdan aşağı uşaqlara təsir edir. 1916-cı ildən bu günə qədər 10 min nəfər bu xəstəlikdən ölüb.

Çiçək keçici və ölümcül olan virus xəstəliyidir.Onun xüsusi müalicəsi yoxdur. "Variola Minor" və "Variola Major" növləri olan bu virusdan qorunmanın yeganə yolu peyvənddir. "Varioala Major" növə yoluxanların 35, minora yoluxanların 1%- ölümlə nəticələnir.

XIII əsrdə orta Asiyada vəba xəstəliyi çox sürətlə yayılıb və bütün Avropanı təsiri altına alıb. 75 milyon insanın ölümünə səbəb olan xəstəlik yüksək hərarət və mədə bulantısı ilə başlayır.

Xəstələrin dirsəklərində bənövşəyi qabarıqlar olur və qısa zamanda yumurta böyüklüyünə çatır, sərtləşir. Bu yumurtalar partlayanda içindən pis qoxulu qara maddə çıxır, amma bu rahatlama xəstəliyin sağalması demək deyil. Çünki bu hadisədən 5 gün sonra xəstə ölür.

Indi Afrika ölkələrində yayılmış ebola virusu da ölümcül xəstəliklər sırasında yer alır. 1976-cı ilədən müşahidə edilən bu xəstəlik olduqca ağır keçir, qısa zamanda ölümlə nəticələnir. Xəstəlik insanlara əsasən meymundan keçir. 2000-ci ildən bu günə qədər bu virusdan 160 min nəfər ölüb
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET