Gənclik [aforizm]

16 Kasım 2014
4 279
0
Gənclik [aforizm]
Gənclik [aforizm]

Gəncliyin və sağlamlığın dəyəri itiriləndən sonra bilinər..[ Həzrəti Əli əleyhissalam ]

İstəyə gənclikdə mümkündür çatmaq,
Qocalıq gəldimi,axtar bir bucaq..[ Nizami Gəncəvi ]

Gənclik zamanı günlər qısa, illər uzun, qocalıq zamanı isə günlər uzun, illər qısa.. [ İmmanuil Kant ]

Gəncliyin ruhunu istifadə edilməyən bir tarla kimi özbaşına qoysanız, orada kicitkən və tikandan başqa bir şey tapa bilməzsiniz.. [ İohan Vilhelm Snelman ]

Gənclik yeni nəsil deməkdir.Kökünə bağlı,əcdadının yolu ilə gedən,milli,mənəvi dəyərlərinə, sadiq,əyilməz,alnıaçıq,həm də dükənməz gücdür..[ “Fyüzat” jurnalından ]

Zamanın hər parçasını millətinə, vətəni adına dəyərləndirən gənclik uca missiyaları çiyinlərində daşıyan xalq qəhrəmandır.. [ “Fyüzat” jurnalından ]

Ömrün ən təhlükəli dövrü gənclikdir..[ Corc Noel Qordon Bayron ]

Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var.. [ Nikolay Vasilyeviç Qoqol ]

Cavanlıqda odun yığsan, qocalıqda üşüməzsən..[ Afrika atalar sözü ]

Gənclik,əlbəttə, başqa nemətdir,
Unutulmaz böyük səadətdir.. [ Hüseyn Cavid ]

Gənclik bir qızılıdır,ömrün əlindən
Düşərək torpağa yox oldu birdən.
Tapmaq həvəsilə həmin qızılı
Torpağı yuyuram göz yaşıyla mən.. [ Əfzələddin Xaqani ]


Müstəqil həyata qədəm qoyan gənclər utancaq və təvəzökar olmalıdır, öünə arxayınçılıq və lovğalıq son nəticədə azğınlğa çevrilə bilər..[ Fransuo de Laroşfuko ]

Yetişmək üçün meyvənin günəşə, cavanın öyüdə ehtiyacı var.. [ Naməlum ]

Cavanlıq müdrikliyi mənimsəmək, qocalıq isə bu müdrikliyi tətbiq etmək dövrüdür.. [ Naməlum ]

Cavanlıqda əkdiyini qocalıqda biçərsən..[ Henrik İbsen ]

Bütün uğurlarıma görə gənclikdə çəkdiyim aclıq və əzablara borcluyam.. [ Napoleon Bonapart ]

Gənclik insana gözəllik verən,
Gözəllik sönərsə, qəlb olurmu şən?..[ Nizami Gəncəvi ]

Dünyada ən ağıllı iş gənclikdə qazandığın elmi qocalıqda xərcləməkdir.. [ Ceyms Rendal ]

Hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin gənclərinin alacaqları tərbiyədən asılı olur..[ Uilyam Şekspir ]

Gənclik asan xoşbəxtliklər üçün parlaq bir çağdır..[ Albert Kamyu ]
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.