Şokoladın daha bir faydası aşkarlanıb

09 Ağustos 2020
514
0
Şokoladın daha bir faydası aşkarlanıb
Şokolad yemək təkcə xoşbəxtlik hissi yaratmır, orqanizm üçün başqa faydaları da var. Həmin faydalardan biri isə ürəklə bağlıdır. Həftədə ən azı bir dəfə şokolad yeməklə ürək-damar sağlamlığını qorumaq olar.

Feat.Az
bildirir ki, ABŞ-ın Hyuston şəhərindəki Baylor Tibb Məktəbinin alimləri tərəfindən aparılan araşdırmalar zamanı belə nəticəyə gəlinib. Nəticələri "European Journal of Preventive Cardiology" nəşrində yayılan araşdırma çərçivəsində son 50 ildə şokolad qəbulu ilə koronar arteriya xəstəliyi arasındakı əlaqəni araşdıran 6 tədqiqat işi qiymətləndirilib. Mütəxəssislər bildirib ki, həftədə ən azı bir dəfə şokolad yeyənlərdə daha uzun fasilələrlə şokolad yeyənlərə nisbətən koronar arteriya xəstəliyi riski 8 faiz azalıb.

Tədqiqat göstərir ki, şokolad ürək damarlarının sağlam olmasına kömək edir. Daha əvvəl aparılan klinik araşdırmalar şokoladın həm qan təzyiqi, həm də damarların membranları üçün faydalı olduğunu göstərib.

Qeyd olunub ki, şokolad özündə iltihabı azaldan, yaxşı xolesterolu artıran, ürək sağlamlığı üçün faydalı olan qidaları ehtiva edir.
Mənbə:e-tibb.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.