Bəzi insanlar Allah dostlarını incidməklə çox günah qazanırlar

21 Kasım 2014
2 460
0
Bəzi insanlar Allah dostlarını incidməklə çox günah qazanırlar
Bəzi insanlar Allah dostlarını incidməklə çox günah qazanırlar

Həzrət Musa(ə) peyğəmbər bir gün Allahla münacat etmək üçün tur dağına gedirdi. Yolda bir nəfər kafir insanla rastlaşdı. O, Musa Peyğəmbərə dedi: Hara gedirsən? Musa Peyğəmbər buyurdu: Tur dağına Allahla münacat etməyə gedirəm. O, dedi: Ey Musa, mən sənin Allahını sevmirəm. Mənim adımdan Ona de ki, mən sənin kimi Allahdan ar edirəm. Verdiyin ruzunu belə istəmirəm. Musa peyğəmbər yoluna davam edib ibadət edəcəyi yerə gəldi. Allahla münacat etdi, lakin onun sözünü demədi. Allahdan nida gəldi: Ya Musa, yolda sənə bir söz demişdilər. Nə üçün onu demədin? Musa dedi: Ilahi, axı mən o sözləri necə deyim? O kafir bir insan idi insandır. Öz fikrini bildirdi. Mən o sözləri dilimə gətirməyə həya edirəm. Allah-təala buyurdu: Ya Musa, gedib onun cavabında belə de: Mən Allahıma sənin sözlərini çatdırdım. Allah sənin bu sözlərinin cavabında belə buyurdu: Sən Mənim Allahlığımdan ar edirsən, amma Mən səni yaratdığıma görə səndən ar etmirəm. Sənin ruzunu da verirəm. Heç vaxt kəsməyəcəyəm. Çünki səni Özüm yaratmışam. Sən Məni sevməsəndə belə Mənim sənə məhəbbətim var. Musa Peyğəmbər Allahın bu sözlərini həmin şəxsə çatdırdı. O, Musa Peybəmbərə baxıb dedi: Ya Musa, sənin Allahın çox mehriban, çox bağışlayan Allahdır. Sənin necə də gözəl Allahın var. Bundan sonra şəhadət verirəm ki, sən Allahın peyğəmbərisən. Şəhadət verirəm ki, O, Allahlığa layiqdir. Çünki, bizim kimi günahkar insanları öz başımıza buraxmır. Bizə rəhm edir və bizi bağışlayır.
Imam Museyi Kazim(ə) buyurur: Bəzi insanlar Allahın dostlarını incitməklə Allahı incidirlər. Buna baxmayaraq Allah yenə də onlara Öz mərhəmətini inayət edir.
Necə ola bilər ki, Onu sevəni öz qapısından qovsun. Bəzi insanlar günah içində qərq olurlar, amma Allah onları öz qapısından qovmur. Necə ola bilər ki, biz onun qapısında ola ola və Onun rizayətini axtardığımız halda bizi qapısından qovsun? Belə bir şey mümkün deyil. Çünki Allah mərhəmətli, rəhimli Allahdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.