Sosial şəbəkələr ailələri dağıdır?

20 Kasım 2014
1 781
6
Sosial şəbəkələr ailələri dağıdır?
Sosial şəbəkələr ailələri dağıdır?
Elnur Rüstəmov: «Əsas faktor olmasa da, indi sosial şəbəkələr boşanmalarda müəyyən rol oynayır»

Son illərdə ölkəmizdə boşanma hallarının artan xətt üzrə inkiaşf etməsi getdikcə daha çox diqqət mərkəzinə gəlməkdə və ciddi narahatlıq predmetinə çevrilməkdədir. Bu xüsusda həyaat keçrilən məhkəmə işlərinin analizləri göstərir ki, müxtəlif amillərlə yanaşı, sosial şəbəkələrin də boşanmalarda rolu hələ də az deyil. Hesab olunur ki, ailələrdə konfliktli hallarının artmasında sosial şəbəkələrin rolu böyükdür. Xüsusən də qadınların həyat yoldaşlarının xəbəri olmadan sosial şəbəkələrdən istifadə, qurulan dostluq və digər ünsiyyət sonda ciddi ixtilafa gətirib çıxarır. Eyni zamanda kişilərin də analoji addımları həyat yoldaşları tərəfindən müsbət qarşılanmır.
Tanınmış psixoloq Elnur Rüstəmov hesab edir ki, nəinki sosial şəbəkələr, ümumiyyətlə, internet insanları bir-birindən uzaqlaşdırır.


Bu da ailədaxili münasibətlərin boşanma ilə nəticələnməsinə səbəb olan faktorlardan biridir: "Əsas faktor olmasa da, indi sosial şəbəkələr boşanmalarda müəyyən rol oynayır. Əsas faktor kimi götürəndə isə, nəinki sosial şəbəkələr, ümumiyyətlə, internetin özünü qeyd etməliyik. Çünki bu gün bütövlükdə internet insanlar arasında ünsiyyət problemi yaradır. Xüsusən də cütlüklər arasında. Əgər illər əvvəl ər-arvad daha çox canlı ünsiyyətdə olurdularsa, bir-birinin dərdinə şərik olur, bir-birinin əhvalı ilə maraqlanırdılarsa, müasir dövrdə artıq internet cütlüklər arasında böyük bir boşluq yaradıb. Canlı ünsiyyət azaldıqca, insanların bir-birindən gözləntiləri artmağa başlayır. İnsanlar bir-biri ilə normal canlı ünsiyyət qurmadıqlarından, ailədaxili konfliktlər həll olunmamış qalır. Xırda bir detal belə böyük problemə çevrilə bilir. Anlaşılmazlıq zaman keçdikcə böyüyüb ailələrin dağılmasına səbəb olur. Bu gün internetə çıxışı olan hər insan saatlarla orda rahat vaxt keçirə bilər. Bununla insanlar öz içindəki mənəvi boşluğu "doldurmağa” çalışırlar. Bu da zaman keçdikcə münasibətlərdə çox böyük partlayışa səbəb olur. Ailənin dağılmasına qədər gedib çıxır. Ümumən boşanma səbəblərinə baxanda burda sosial şəbəkələr var, bötüvlükdə internetin özü var, ailədə kişi ilə qadın arasında gözləntilərin fərqli olması var və s. Bütün bunlar ailədaxili münasibətlərin pozulmasına və nəticədə ailələrin dağılmasına gətirib çıxarır”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
NİKO
  • NİKO
  • 21 Kasım 2014 00:32
duzdur tesekkurlerxebere gore
Weher uWagi
Əlbəttə.. ailəli insanlar, əsasən də qadınların internetdə nə işi ola bilər? Mənə şəxsən çatmır... Kişilər o qədər bağlanmır, amma təhlükə qadınlardır. Onlar internetdə olanda mübahisələr yaranır və məhz elə qadınlar səbəbkar olur ki, ailə dağılır.
PreNseS
tewekkurler
Drea..
melumata gorə tşk
_Əlinin Aşkı_
mencede duzdu tewekkurler
Sindrella
Təşəkkürlər
RƏY ƏLAVƏ ET