Ən riskli 10 xəstəlikdən biri

26 Kasım 2020
279
0
Ən riskli 10 xəstəlikdən biri
ÜST-ə görə, ən riskli 10 xəstəlikdən biri köklükdür.

Feat.Az
bildirir ki, ÜST-ün statistikasına görə, hər il 2.8 milyon insan köklükdən həyatını itirir. Qarşısını ala biləcəyimiz ölümlərin siqaretdən sonra gələn ikinci önəmli səbəbi köklükdür. Məsələn, ABŞ-da hər 3 yetişkin insandan 1-i artıq çəkidən əziyət çəkir.

Artıq çəkidən necə qorunaq?

Həkimlər bildirirlər ki, ən önəmli qayda idman və hərəkətdir. Əgər idman edə bilmirsinizsə, hərəkətlərinizi artırın. Məsələn, lift yerinə pilləkənlərdən istifadə edin. Gəzintiyə çox zaman ayırın.

Qidalarımızı protein və tərəvəzdən yana seçməliyik. Bol su içməli, hazır qidalardan uzaq durmalıyıq.

Uşaqlarınızı erkən yaşlarda idmana yönləndirə bilərsiniz. Telefon, tablet kimi texnoloji alətlərdən onları uzaq saxlayın.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET