Əzrail bu adamı unutdu

23 Kasım 2014
2 080
0
Əzrail bu adamı unutdu
Əzrail bu adamı unutdu

Hindistanda tək yaşayan bir adamın yaşını eşidənlər qulaqlarına inana bilməyib.

Hindistanın Varanasi şəhərində yaşayan Mahashta Murasinin 179 yaşı var. Onun yaşını sübut edəcək hər cür sənədi də var.

6 İyun 1835-ci il təvəllüdlü hindli 1957-ci ilə qədər ayaqqabı ustası işləyib. 122 yaşında təqaüdə çıxan Murasi ölməməsinə təəssüflənir:

"Yəqin Əzrail məni unutdu. O qədər uzun yaşadım ki, nəvəmin nəvəsinin ölümünü gördüm. 150 yaşını keçən kimsə yoxumdur. Deyəsən mən ölümsüzəm”.

Sağlamlığı ilə əlaqədar keçmişdə heç bir bir problemi olmayan Murasinin son həkimi 1971-ci ildə vəfat edib.

O, dünyada ən çox yaşayan adam kimi Ginnesin rekordlar kitabına düşüb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.