Maraqlı sevgi hekayəsi

20 Ağustos 2014
3 102
0
Maraqlı sevgi hekayəsi
Maraqlı sevgi hekayəsi

Onlar iki il əvvəl evlənmişdilər. Oğlan ədəbiyyatı və
şeri çox sevirdi. Yazıları və şerlərini internet
səhifələrinə, qəzetlərə göndərirdi. Lakin, hələki
yazıları oxucular tərəfindən yetərincə sevilmirdi.
Bundan əlavə oğlan çox gözəl fotoqraf idi. Öz toy şəkillərinin əksəriyyətini də özü çəkmişdi.
Ədəbiyyata və şerə olan sevgisindən fotoqraf
sənətini bir kənara atmışdı. Yoldaşını çox sevirdi və
bu sevgi qarşılıqlı idi. Amma qız bir az səbirsiz və
küsəyən idi. Kiçik şeylər üzündən dava salar,
yoldaşı ilə günlərlə danışmazdı. Oğlan daha səbirli və həmişə barışdırıcı olmağa çalışırdı.

Bir gün qız

yenə yoldaşının sevmədiyi bir işi görməsini
istəyirdi. QIZ: “Üç gün sonra rəfiqəmin toyudur. Məndən
şəkilləri sənin çəkməyin üçün xahiş etdilər. Üstəlik
artıqlaması ilə pul ödəyəcəklər.” OĞLAN: “Bu günlərdə vaxtım yoxdur”. QIZ: “Off… yenə vaxtın yoxdur. Bu roman yazma
işini bir kənara qoy. Onsuzda yazmaq üçün çox
vaxtın olacaq. İstəyirəm ki, rəfiqəmin toy şəkillərini
sən çəkəsən”. OĞLAN: ” Xeyr…!” QIZ: ” Üç gün içində mənim təklifimi qəbul
edəcəksən, yoxsa hər şeyə son qoymalıyıq.” deyib
otaqdan çıxdı. Son iki gün qız yoldaşı ilə danışmır,
onun suallarını cavabsız qoyur, hətta onunla bir
otaqda belə oturmurdu və üçüncü gece oğlan:
“Danışmağımız lazımdır” dedi. QIZ: “Əgər toy haqqında danışacaqsansa qulaq
asaram.” OĞLAN: “Çox mühüm bir söhbətdir” Qız yenə cavab
vermirdi, susurdu… Nəhayət oğlan dedi: “Bir qızla tanış olmuşam. Məni
çox sevir. Çox yaxşı xasiyyəti var. İstəmədiyim işləri
mənə məcbur etmir. Həm də mənim yazılarımı
dəstəkləyir və bir gün məşhur bir yazıçı olmağıma
ürəkdən inanır.” Qız yoldaşının sözlərindən heyrətə gəlir. Göz
yaşlarını gizlətməyə çalışsa da iki damla yaş
gözlərindən süzülür. Oğlan əlini gecəliyinin döş cibinə salaraq “Qızın
şəklini çəkmişəm.. Görmək istəyirsən?” deyə
soruşdu. Qız yaşla dolu tərs baxışlarını oğlana yağdıraraq
“İstəmirəm, lazım deyil!” dedi. Oğlan işığı söndürüb
yatağa girdi. Qız isə yata bilmirdi. Bir zamanlar özü
yoldaşına həmin qız kimi davranmışdı. Onu daima
sevəcəyini və nə olursa olsun həmişə
dəstəkləyəcəyini vəd etmişdi.

Verdiyi vədləri nə tez unudmuşdu, nə tez dəyşmişdi… O günlərə

qayıtmaq sevgisini yenidən qazanmaq istəyirdi.
Təkrar ağlamağa başladı. Sonra gözü yoldaşının
gecəliyinin döş cibində olan şəkilə sataşdı.
Maraqdan və qısanclıqdan şəkilə baxmaq istəyirdi.
Yavaşca əyilib şəkili gecəliyin cibindən çıxartdı. Baxdı… Doyunca ağlamaq istədi… Doyunca gülmək
istədi… Çox gözəl çəkilmiş bir şəkil idi. Qız da çox
gözəl idi. Öz şəkli idi… Özünün xəbəri olmadan
çəkilmiş bir şəkil… Qız sevincək halda əyilib
yoldaşının yanağından öpdü. Oğlan dodaqaltı
gülümsədi, lakin özünü yatmış kimi göstərdi…


Redaktə etdi_..::FeaT LaDy::.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.