İki şey

21 Kasım 2014
1 368
0
İki şey
İki şey


İki şey dəyərsiz insanın xüsusiyyətidir:
Şikayət etmək
Dedi-qodu

İki şey həlli mümükünsüz kimi görünən problemi həll edər:
Baxış tərzini dəyişmək
Qarşısındakının yerinə özünü qoymaq

İki şey həyatda səhv addım atmağın qarşısını alar:
Şəxsləri və hadisələri ağlın süzgəcindən keçirmək
Kiminsə haqqını yeməkdən çəkinmək

İki şey insanı gözdən salar:
Demaqoqluq
Özünü öymək

İki şey insanı dəqiq olmağa sövq edər:
İradəyə hakim olmaq
Ətrafa uyğunlaşa bilmək xüsusiyyəti


İki şey insanın daha da dəyərli olmasına kömək edər:
Natiqlik sənətini daha dərindən öyrənmək
Başa düşərək sürətli oxumaq

İki şey insanın irəliləməsinə mane olar:
Qərarsızlıq
Cəsarətsizlik

İki şey hər zaman boş yerə zəhmət çəkməməyinə kömək edər:
Qabiliyyət
Sevdiyin işin arxasınca getmək

İki şey uğurun açarıdır:
Ustalardan ustalığı öyrənmək
Düşüncələrini saf-çürük etmək

İki şey uğuru xoşbəxtliklə birgə əldə etməyinə zəmin yaradar:
Niyyətin saf olması
Mənəvi paklıq

İki şey səni milyonlarla insandan ayırar:
Problemin deyil, onun həlli yollarının iştirakçısı olmaq
Həyata və hər şeyə fərqli baxış tərzi ilə baxmaq

İki sey tərəqqiyə mane olar:
İfratçılıq
Baş verən fəlakətlər qarşısında sınmaq

İki şey problemin həllini tezləşdirər:
Təbəssüm
Susmaq

İki şeyin dəyəri itirildiyi zaman bilinər:
Ana
Ata

İki şeyi geri qaytarmaq mümkün deyil:
İtirilən zaman
Deyilən söz

İki şey həqiqi sondur:
Cənnət
Cəhənnəm

İki şey üçün mübarizəyə dəyər:
Sevgi
Elm

İki şey həyatta mühüm olan hər şey üçündür:
Nəfəs ala bilmək
Nəfəs verə bilmək
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.