Qara Zirə Və onun Yağı ilə Müalicə üzrə Tövsiyyələr - 1
1. BAŞ AĞRISI:
1 xörək qaşığı üyüdülmüş qara zirə, 1 xörək qaşığı üyüdülmüş cirə (anise seed) və 1 xörək qaşığı üyüdülmüş mixək qarışdırılaraq, yeməkdən öncə 1 çay qaşığı
qəbul edilir. Əvvəlcə ağızda o qədər saxlanılır ki, yumşalsın və udulmaq üçün rahat olsun və bundan sonra udulur. Qarışığı qəbul edərkən qətiyyən üstündən su içilməməlidir.Çay qaşığının yarısı qədər qara zirə yağını gündə iki-üç dəfə qəbul etmək.
2. REVMATİZM:
Az miqdarda qara zirəni zeytun yağı ilə qarışdıraraq bir qədər qızdırmaq və tez-tez ağrıyan yerə çəkmək (sürtmək). Həmçinin yatmazdan qabaq qaynadılmış qara zirənin balla qarışdırılmış suyunu için.
3. ÜZDƏ DƏRİ XƏSTƏLİKLƏRİ:
Gündə 2-3 dəfə yarım çay qaşığı qara zirə yağı için.Yarım çay qaşığı qara zirə yağını 1 xörək qaşığı zeytun yağı ilə qarışdırın. Alınmış qarışığı üzə sürtmək və 1 saat saxladıqdan sonra su və sabunla yumaq.
4. BAŞ GİCƏLLƏNMƏSİ:
Çaya qara zirə yağı qatıb içmək. Habelə yanaqların altına və boynun ardına qara zirə yağından sürtmək.
5. QULAQ AĞRISI: Yoluxduqda qulağa qara zirə yağından damcılamaq.
6. DOĞUŞ ZAMANI FAYDASI:
Doğuş zamanı ağrıların yüngülləşdirilməsi üçün ən yaxşı vasitələrdən biridir. Qara zirə yağını balla qarışdırıb odda qızdırmaq və içmək.
7. ÜRƏK YANDIRMALARI:
Bir fincan qaynar südə bir neçə damcı qara zirə yağı damcılamaq, 1 çay qaşığı bal qatmaq və isti-isti içmək. Həm də çoxlu salat yemək məsləhət görülür.
8. DƏRİ XƏSTƏLİKLƏRİNDƏ:
Qara zirə yağının kiçik bir miqdarını götürüb bərabər miqdarda qızılgül suyu və 2 mislində buğda unu ilə qarışdırın. Sirkədə isladılmış əski parçası ilə dərinin xəstə səthini ovun, sonra isə hazırladığınız qatışığı ləngimədən dəriyə çəkin və günəş altında olmağa çalışın.
9. YüKSƏK QAN TƏZYİQİNƏ QARŞI:
Bu xəstəlikdə qara zirəni isti içki (çay, süd və s.) ilə qarışdırıb için və bədəninizi qara zirə yağı ilə ovuşdurun.
10. SİNƏDƏ AĞRILAR:
Qaynar suya 1 xörək qaşığı qara zirə əlavə edin və ondan qalxan buxarı nəfəsinizlə udun. Yatmazdan əvvəl başınızı bağlayın.