Görmə qabiliyyətini qorumağın qızıl qaydaları

05 Mart 2021
622
0
Görmə qabiliyyətini qorumağın qızıl qaydaları
Görmə qabiliyyətinin zəifləməsinə təkcə yaş təsir etmir. Güclü stress görmə qabiliyyətinin kəskin azalmasına təsir göstərə bilər.

Feat.Az bildirir ki, göz sağlamlığını qorumaq üçün öncə yaxşı yatmaq lazımdır. Yuxu bütün bədənin sağlamlığı üçün vacibdir. İstirahətin olmaması görmə sinirində problemlərə səbəb ola bilər ki, bu da görmə itkisi ilə nəticələnir. Gündə azı səkkiz saat, qaranlıq və yaxşı havalandırılan otaqda yatmaq daha faydalıdır.

Sadə idman hərəkətləri ilə göz sağlamlığını qorumaq mümkündür. Gözlərinizlə dairəvi hərəkətlər edin və görmə fokusunu yaxın obyektlərdən uzaq olanlara dəyişin. Göz əzələlərinin tənbəlləşməsinin qarşısını alan bu idman hərəkətlərini ağ, ya da açıq rəngli divarın qarşısında etmək lazımdır.

Kompyuterlə işləyən zaman hər saat fasilə verin. Gün işığını və üfüqi görmək üçün havaya çıxmaq və ya pəncərəyə baxmaq ən yaxşısıdır. Bu üsul üç dəqiqə davam etməlidir. Nəticədə gözləriniz dincələcək.

Qidaya diqqət etmək və pis vərdişlərdən uzaq olmaq da gözlərə xeyirlidir. Menyunuzda çoxlu meyvə, tərəvəz, yağlı dəniz balığı və qoz-fındıqlar olmalıdır. Siqaret görmə qabiliyyətinə ən çox təsir edir. Nikotin gözün selikli qişasını məhv edir və göz almasının təzyiqini artırır, bütün bunlar görmə sinirin zədələnməsinə və görmə qabiliyyətinin pisləşməsinə səbəb olur.
Mənbə:deyerler.org
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.