Sevginin Səviyyələri

23 Kasım 2014
1 386
0
Sevginin Səviyyələri
Sevginin Səviyyələri

Səviyyə 1: Ağlım başımda deyil

Tanış olduğunuz andan bəri qəlbinizdə kəpənəklər uçuşur, ayaqlarınız yerdən kəsilir, özünüzü dünyanın ən xoşbəxt insanı kimi hiss edirsiniz. Narahat olmayın, tək deyilsiniz. Bu və buna bənzər əlamətlər, əlaqənin ilk günlərində ortaya çıxan təbii reaksiyalardır. Olanlar qarsısında insan istər-istəməz təslim bayrağını qaldırır. Əhəmiyyətli olan bunun səviyyəsini qarşınızdakına görə təyin etməkdir.

Səviyyə 2: Davamlı ondan bəhs edirəm

Bir neçə aydır bərabərsiniz və bir-birinizə dair kəşf etdiyiniz nə varsa yaxın insanlarınıza danışmaqla zövq alırsınız. Digər tərəfdən, insanların sizdən bezə biləcəyini də düşünürsünüz. Bir az daha təmkinli olun.

Səviyyə 3: Məni olduğum kimi sev

Sıx-sıx təkrarlanan ağlamalar və mübahisələr gündəmdə… Artıq cürbəcür paltarları, makiyaj vəsaitlərini bir kənara qoydunuz. 24 saat baxımlı olmağa ərinirsiniz. Necə olsa o, sizi tanıyır və sizi olduğunuz kimi sevir, deyilmi? Amma bu vəziyyət çox uzun müddət istədiyiniz səviyyədə getməyə bilər. Özünüzə səliqə-səhman verin və onunla tanış olduğunuz zaman nə qədər baxımlıydınızsa, yenə elə olun.

Səviyyə 4: Artıq telepatiya zamanıdır

Bu bir-birinizin cümlələrini tamamladığınız mərhələdir. Bir sual soruşulduğunda, cavabın nə olması lazım olduğunu bilirsiniz. Daha rahat bir müddətdir, dadını çıxarın.

Səviyyə 5: Yoxsa məndən bezdimi?

Eşqin yerini sevgiyə
buraxdığı, əlaqənin də təkrarlanmağa başladığı mərhələdəsiniz. Bu mərhələdə hər iki tərəf yoldaşlarıyla daha çox vaxt keçirmək və bir az daha ictimailəşmək istəyir. Tərəflər bir-birlərindən bezdiklərini düşünürlər, əslində ehtiyacları olan bir az zamandır. Bir-birinizə bir az anlayış göstərib, istədiyi zamanı versəniz hər şey yoluna düşər.

Səviyyə 6: Yox, məni sevir

Beşinci səviyyəni qəzasız bəlasız atlatdınızsa, sevdiyinizin hələ də niyə yanınızda olduğu sualının cavabını tapmısınız deməkdir: Çünki, sizi sevir.

Bundan sonra ehtiyacınız olan şey, hadisələrə bir-birinizi incitmədən humanizm çərçivəsində baxmaqdır. Bu sayədə xoşbəxtliyiniz davmlı olacaqdır.

Səviyyə 7: Xoşbəxt son

7-ci səviyyə eşqin xoşbəxt sonudur! Tez-tez bir-birinizlə döyüşmək, davamlı səhv başa düşülmə halında olmaq, ayrılıq zənglərinin çalındığı, hətta hər şey yoluna girsə belə bir daha əsla o ilk aşiq olduğunuz insana çata bilməyəcəyinizi göstərər. Səbəbsiz inciklikləri bir kənara qoyub bir-birinizə qarşı sevgi və hörmətlə yanaşın.


Redektə etdi:Mrs.Isgenderli
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.