Yatmazdan qabaq yemək yeyənlər oxusun! Bu təhlükəli xəstəliklərə tutula bilərsiniz

10 Haziran 2021
501
0
Yatmazdan qabaq yemək yeyənlər oxusun! Bu təhlükəli xəstəliklərə tutula bilərsiniz
Barselona Universiteti alimləri təyin ediblər ki, yatmazdan 2 saatdan az əvvəl yemək yeyən insanda müxtəlif xərçəng növlərinin riski artır.

Feat.Az
bildirir ki, araşdırmanın nəticələri International Journal of Cancer jurnalında dərc olunub.

Alimlər sübut edir ki, yatmazdan bilavasitə əvvəl qida qəbul etmək qadınlarda süd vəzi, kişilərdə isə prostat vəzi xərçənginin riskini 25% artırır.

Araşdırma zamanı alimlər 1800 onkoloji xəstə və 2000 sağlam insan haqqında müxtəlif məlumatları (həyat tərzi, vərdişlər, yuxu və s.) müqayisə ediblər. Araşdırma göstərib ki, onkoloji xəstələrin bir çoxunda yatmazdan qabaq qida qəbul etmək kimi vərdişi olub.

Yatmazdan qabaq qida qəbul etmək metabolizmi sürətləndirir, normada isə axşam saatlarında metabolizm zəifləməlidir. Bu normal yuxu üçün çox vacibdir. Yuxu və ayıq qalma ritmlərinin pozulması orqanizmə çox ciddi ziyan vurur, hüceyrələrdə patoloji dəyişikliklərin inkişafına səbəb olur.
Mənbə:saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.