Qazlı su haqqında

14 Haziran 2021
543
0
Qazlı su haqqında
Qazlı su təbii qaynaqlardan çıxan və ya karbon-2 oksidlə qazlandırılan sudur. Bu suyu saxlama müddətindən asılı olaraq qazlandırırlar. Tərkibinin karbonlaşdırıldığına görə bu su mikroblardan təımizlənir, sonra xüsusi texnologiyalar vasitəsilə qazlandırılır. Tərkibində olan qazın miqdarına görə qazlı suyun bir neçə növü var:
* zəif miqdarda qazlandırılmış su(0,2-0,3%)
* orta miqdarda qazlandırılmış su(0,3-0,4%)
* çox miqdarda qazlandırılmış su(0,4% və daha çox miqdarda)
Qazlı suyu soyuq halda içmək lazımdır. Təbiətdə qazlı suya nadir hallarda rast gəlinir. Adətən suların tərkibində olan müalicəvi karbon turşusu bir litrdə 10 qramdan artıq olmur. Bu miqdarda qazın olması suyun tərkibində mineralların miqdarının qorunub saxlanmasına səbəb olur. Bu cür suyu uzun müddət saxladıqda tərkibini dəyişib xarab olmur. Bu cür suyu həkimin məsləhəti ilə içmək lazımdır.
Suyun qazlandırılması iki üsulla həyata keçirilir.
* Mexaniki üsulla qazlandırıldıqda su sifonla yüksək təzyiqlə qazlandırılır.
* Kimyəvi üsulla qazlandırıldıqda su turşu və qida sodası ilə qazlandırılır.
Dünyanın bir çox ölkələrində suyun qazlandırılması və satışı ilə məşğul olan zavodlar var. Şüşələrin üzərindəki etiketdə suyun karbon 2 oksidlə konservantlaşması barədə məlumat qeyd edilir. Bu zaman etiketin üzərində E 290 yazılır.
Qazlı suyun faydalı xüsusiyyətləri
Soyuq qazlı su susuzluğu aradan qaldırır. Qazlı su orqanizmdə turşuluğun miqdarının azalmasına, mədə şirəsinin ifrazının azalmasına səbəb olur. Ən yaxşı qazlı su təbii yolla qaynaqlardan çıxan su hesab olunur. Bu suyun tərkibində mineralların və turşuluğun miqdarı balanslaşdırılmış olur. Bu suyun tərkibində pH 5,5-6,5 arasında dəyişə bilir. Təbii qazlı su hüceyrə toxumalarını tamamilə qidalandırır, molekulları neytrallaşdırır, qan plazmasının təmizlənməsinə səbəb olur. Təbii qazlı suyun tərkibində olan natrium fermentlərin mübadiləsini sürətləndirir, orqanizmin turşu-öd balansının normallaşmasına səbəb olur, əzələləri tonuslandırır. Təbii qazlı suda olan kalsium və maqnium sümüklərin və dişlərin möhkəmlənməsinə səbəb olur, əzələlərin fiziki yükə qarşı olan möhkəmliyini artırır.
Qazlı mineral su ürək-damar, əsəb, sinir və limfa sisteminin işini normallaşdırır, hemoqlobini artırır, iştahanı yaxşılaşdırır və həzmi sürətləndirir. Bitki tərkibli qazlı sular(tərxun, düşes, baykal və s.) orqanizm üçün daha çox faydalıdır. Müalicəvi bitki tərkibli qazlı sular əsəb sistemini sakitləşdirir, yorğunluğu aradan qaldırır, əzələləri tonuslandırır. Limon tərkibli qazlı su orqanizmin C vitamini ilə təmin edir.
Armud tərkibli qazlı düşes susuzluğu aradan qaldırır, orqanizmə antiseptik təsir edir, sidikqovucu xüsusiyyətə malikdir.
Qazlı suyun zərərli xüsusiyyətləri
Mədə-bağırsaq xəstəlikləri, turşuluğun miqdarının çox və iltihabi proseslər zamanı qazlı sudan istifadə etmək məsləhət görülmür.
Həddindən çox qazlı sudan istifadə eləmək piylənməyə, şəkərli diabetin əmələ gəlməsinə səbəb ola bilir. 3 yaşına qədər uşaqlara qazlı su içmək məsləhət görülmür.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.