Qızlar evliliyə hazırsınız?

21 Ağustos 2014
9 546
0
Qızlar evliliyə hazırsınız?
Qızlar evliliyə hazırsınız?





Qaynanaya qarşı mülayim olun!


Həm gəlin həm də kürəkən namizədləri üçün anaları qiymətlidir. Onlara isti yaxınlaşdığınızda geri dönüşləri də eyni şəkildə ala bilərsiniz. Söylədiyi ən mənfi sözləri belə altdan alaraq, yaxşı niyyətinizi ona da hiss etdirin.

Öz ananıza anlayışlı davranın!


Bu dövrlərdə ananızın gərəksiz alınqanlıqları və ya istəkləri ola bilər. Ona anlayışlı yaxınlaşın və sizə çox düşgün olduğu üçün belə davrandığını unutmayın.

Onlara jestlər edin!


Toy müddəti yalnız sizin üçün deyil, bütün ailə üçün gərgin bir dövrdür. İçəridəki bu stressli mühiti dağıtmaq üçün ailə fərdlərinə kiçik sürprizlər edə bilərsiniz. Məsələn: qaynananıza ən sevdiyi tortu almaq və ya qaynatanıza ən xoşlandığı yeməyi bişirmək, onların kefini her zamankından daha da yaxşı etmək.

Fikirlərini soruşun!


Ailə böyüklərinin ən çox yayındıqları nöqtə, gəlin və kürəkən namizədlərinin hazırlıqları onlara məsləhətləşmədən davam etdirməsidir. Buna görə "tətbiq etməsəniz belə" onlardan nə düşündüklərini soruşun. Beləcə sizə də onların təcrübələrindən istifadə etmək fürsəti də yaranar.

Qiymətli olduqlarını hiss etdirin!


Əlbəttə ailənizdəki hər kəs sizin üçün qiymətsiz. Amma toy müddətində bunu bir az daha hiss etməyə ehtiyacları var. Toy hazırlıqları üçün vəzifə bölgüsü edərək bu problemi də yüngülləşdirə bilər. Bu həm ailə içi tarazlıqları təmin edərək özlərini qiymətli hiss etmələrini təmin edər, həm də sizin yükünüzü yüngülləşdirər. Unutmayın, sevildiklərini hiss etməsələr problem çıxa bilər.

Qərarlarınızı ailənizə doğru bir şəkildə izah edin!


Toy stressin yaratdığı gerginlikle hərəkət etməyin. Cüt olaraq birlikdə aldığınız qərarları əvvəl necə anlatağınızı düşünün və sonra bütün ailənizə izah edin. Beləcə onlar da sizin artıq bir ailə olmağa başladığınızı qavrayaraq, sizə daha fərqli bir gözlə baxmağa başlayacaq.

Sizə soruşmadan aldıqları əşyaları bəyənmədiyinizi hiss etdirməyin!


Hər kəsin zövqü fərqlidir. Ananızın ya da qaynananızın cehiziniz üçün aldıqları da mütləq öz bəyənmələrinə görə olacaq. Bu səbəblə, siz bəyənməsəniz belə bunu hiss etdirməyin. Yalnız onlara hiss etdirmədən paketin içində dəyişdirmə kartı olub olmadığına baxın, yetər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.