Uzaylılar həqiqətəndə varmı?

21 Ağustos 2014
2 128
0
Uzaylılar həqiqətəndə varmı?
Uzaylılar həqiqətəndə varmı?



Rəsmi dairələr nə qədər ört-basdır etməyə çalışsalar da, əhali başqa planetlərdən gələnlərin varlığına inanır.

Britaniyanın xarici işlər nazirliyi özünün Böyük Britaniyada rast gəlinən UNO-lar barədə bütün məlumatları tədqiq edən, 2009-cu ildə ləğv olunmuş bölməsinin arxivindəki bir sıra sənədləri dərc etdirib.

Sənədləri oxuyanlar bölmənin haqlı yerə qapandığı qənaətinə gəliblər. Məsələn, sənədlərdən birində deyilir ki, Şotlandiyadan olan bir dul qadın yadplanetlilərin onun evinin üstündə əməlli-başlı magistral saldığını iddia edib. Onun sözlərinə görə, dörd dəfə gecə vaxtı göydə müəmmalı kürə görüb, bir dəfə isə səmada böyük çəhrayı üçbucaq peyda olub.

"Göyə baxanda gördüm ki, ulduz hərəkət edir. Sonra o qəfildən dayandı. Sonra isə bomba kimi yerə sarı düşməyə başladı. Yenidən qəfil dayandı və onun parlaq işığı gözümü qamaşdırdı. Özümü itirdim, elə bilirdim ki, birbaşa bizim üstümüzə gələcək. Ancaq o, çox sürətlə aralanmağa başladı", - "The Sun" qadının sözlərini sitat gətirir.

"Bu o demək deyil ki, mən yalnız qadınam, kiminsə mənə diqqət yetirməsini istəyirəm", - deyə qadın sözlərinin doğruluğuna inandırmaq istəyib. Başqa şahidlər uçan boşqab, siqaretə bənzəyən kosmik gəmi, qəribə üçbucaqlar, hətta uçan meduza gördüklərini söyləyiblər.

Hərbçilər "uçan boşqablar" barədə məlumat yığmağı çoxdan dayandırsalar da, britaniyalılar müntəzəm olaraq yadplanetliləri görməyə davam edirlər. Məsələn, insanlar iyunun sonunda Londan səmasında, BBC Radio-nun binasının üzərində qəribə uçan obyektlər görərək onları mobil telefonların kamerasına çəkib internetə yerləşdiriblər.

Amerikada da yadplanetlilərin olmasına inam əvvəlki kimi güclü deyil. Xəbər verdiyimiz kimi, kosmosda sivilizasiya izləri axtaran Allen radioteleskopunun işini ilin əvvəlində maliyyə problemləri ucbatından dayandırmışdılar. Ancaq rəsmi dairələr nə qədər ört-basdır etməyə çalışsalar da, əhali başqa planetlərdən gələnlərin varlığına inanır. Bu səbəbdən də ictimaiyyət tez bir zamanda müşahidələrin bərpası üçün 200 min dollar toplayıb layihənin rəhbərliyinə göndərib.



Redaktə etdi: ChoCoLaTe
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.