Həyatın Ən Böyük Seçimi

02 Aralık 2014
1 695
0
Həyatın Ən Böyük Seçimi
Həyatın Ən Böyük Seçimi

İki gənc oğlan iki qıza onların həyat yoldaşı olmağını təklif edir. Biri deyir:
- Mən ancaq öz ürəyimi təklif edə bilərəm. Ürəyimə mənimlə çətin yolu bərabər getməyə razı olacaq qız girə bilər. O biri isə dedi:
- Mən öz həyat yoldaşımla həyatın sevinclərini böyük sarayda bölmək istəyirəm.
Qızlardan biri fikirləşib cavab verdi:
- Sənin təklif etdiyini ürək mənə çox dar gəlir. O, mənim ovcumun içində yerləşə bilər. Ancaq mənə xoşbəxtlik və səadət gətirəcək yer geniş və işıqlı olmalıdır. Mən sarayı seçirəm və ümid edirəm ki, orda dar və darıxdırıcı olmaya
caq. Deməli, çoxlu xoşbəxtlik olacaq.
Saray təklif edən oğlan qızın əlindən tutub dedi
- Sənin gözəlliyin mənim sarayıma layiqdir. O, qızı öz gözəl sarayına apardı. İkinci qız isə əlini ona öz ürəyini təklif edən oğlana uzadıb dedi:
- Dünyada insan ürəyindən isti və rahat yer yoxdur. Heç bir böyük saray bu müqəddəs məskənlə müqayisə oluna bilməz.
Onların yolu çox çətin oldu. Çox çətinliklərlə, sınaqlarla üzləşdilər. Ancaq sevdiyi
insanın ürəyində ona hər zaman isti və rahat idi. Xoşbəxtlik heç vaxt onları tərk etmirdi. O ürəkdə ona heç vaxt dar olmurdu. Çünki sevgidən ürək daha da geniş olurdu və hər bir canlıya orda yer var idi. Yolun sonunda, zirvədə onlar böyük bir xoşbəxtliyə nail oldular və anladılar ki, insan xoşbəxtliyinin yolu yalnız ürəkdən keçir.




Gözəl sarayı seçmiş gözəl isə oranın genişliyindən və gözəlliyindən çox zövq almadı. Az müddətdən sonra o anladı ki, saray nə qədər böyük olsa da, onun sərhədləri var. Ona görə də ora ona qızıl qəfəsi xatırlatmağa başladı. O qəfəsdə nəfəs almaq çox çətin idi. Qız pəncərədən bayıra baxırdı, sarayın içində o tərəf-bu tərəfə gedirdi. Lakin ordan çıxmağa yer tapa bilmirdi. Hər şey onu sıxır, boğur, incidirdi. Ancaq saraydan kənarda gözəl və əlçatmaz nə isə vardı. Sarayın gözəlliyi ətrafın işığı və genişliyi ilə heç cür müqayisə oluna bilməzdi. Qız anladı ki, heç vaxt belə xoşbəxtliyi hiss edə bilməz. O, sona qədər xoşbəxtliyə gedən yolun hardan keçdiyini anlamadı. Qız kədərləndi. Kədər isə onun ürəyini qəmə boyadı. Gözəl quş özü üçün seçdiyi qızıl qəfəsdə kədərdən öldü.
İnsanlar quş olduqlarını unudub. İnsanlar uça bildiklərini unudub. İnsanlar unudub ki, heç vaxt batmayacaqları sonsuz dəryalar var.




Seçim etməmişdən əvvəl soyuq, hissi olmayan beyni yox, ürəyi dinləmək lazımdır.
İnsanlar unudub ki, rahat, yaxında olan xoşbəxtlik olmur. Onun ar
xasınca uzun, ağır və çətin yolla getmək lazımdır. İnsan həyatının mənası da məhz bundadır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.