Qara Zirə Və onun Yağı ilə Müalicə üzrə Tövsiyyələr - 4

21 Ağustos 2014
3 613
9
Qara Zirə Və onun Yağı ilə Müalicə üzrə Tövsiyyələr - 4
Qara Zirə Və onun Yağı ilə Müalicə üzrə Tövsiyyələr - 4

31. BƏLĞƏM:
Bəlğəmi aradan qaldırmaq üçün qara zirəni limon şirəsi ilə qarışdırıb (bir qədər bal və şəkər əlavə edib) içmək.

32. AĞCAQANAD VƏ BAŞQA HƏŞƏRATA QARŞI:
Qara zirənin tüstüsü ağcaqanadları və başqa həşəratları uzaqlaşdırır.

33. ƏT XALLARI:
Ət xallarına qarşı qara zirə kömək edir. Qara zirə ovuntusunu və ya yağını tənziflə xala bağladıqda onların inkişafının qarşısını alır və dərinin təmizlənməsinə səbəb olur.

34. TÜKLƏRİN TÖKÜLMƏSİ:
Üyüdülmüş qara zirə, vəzəri, bir qaşıq zəif sirkə və bir stəkan zeytun yağı götürüb onları xəmirəbənzər kütlə halına gələnə qədər qarışdırılır. Hazırlanmış kütləni başa yaxır və başın dərisinə yedirdirlər. Bu qaydada əməliyyat hər gün axşamlar təkrar olunur və sonra baş isti su və yuyucu vasitələrlə yuyulur.

35. BİTLİLİK:

Yaxşıca üyüdülmüş qara zirə toxumları krem kimi bir maddə alınması üçün lazım olan miqdarda sirkə ilə qarışdırılır və qırxılıb hazırlanmış başa yaxılır və yaxud başı qırxmaq istəmədikdə başın dərisinə elə sürtülür ki, dəriyə və tüklərin dibinə çatsın. Sonra günəş altında 15 dəqiqə dayanmaq lazımdır. Günəş şüalarının başa düş düşməsi arzu edilir, yəni günəş zenitdə olduqda bu əməliyyat daha əlverişli nəticə verir. Başı yaxın 5 saat ərzində yumaq məsləhət görülmür. Bu əməliyyatı 1 həftə təkrar etmək.

36. DAZLAŞMA:
Yaxşıca üyüdülmüş qara zirə toxumu, 1 stəkan zəif sirkə və 1 çay qaşığı sarımsaq suyu götürüb kreməbənzər hala gələnə qədər qarışdırmaq. Sarğı kimi qırxılmış başa bağlamaq və axşamadək saxlamaq. Sarğını açdıqdan sonra həmin sahəni qara zirə yağı ilə yağlayın və bu proseduranı 1 həftə təkrar edin.

37. DƏMROV XƏSTƏLİYİ:
Dərinizin dəmrov düşmüş sahəsinə bir neçə gün ərzində gündə 3 dəfə (Allahın rizası ilə) sağalana qədər qara zirə yağı sürtün.

38. CÜZAM:
1 qaşıq xına, qara zirə toxumu və üyüdülmüş quru buqələmun dərisini zəruri miqdarda zəif sirkə məhlulu ilə qarışdırın ki, kreməbənzər kütlə alınsın. Bu qarışıq melanini dəriyə qaytarmaq keyfiyyətinə malikdir. Bu proseduranı ay ərzində davam etdirin, Sarığı gecədən səhərə qədər saxlayın, gündüz günəşin düz düşən şüaları altında gəzin.

39. SINIQLAR:
Bədəndə sınıqların tezliklə bitişməsi və sağalması üçün (heç olmasa günaşırı) mərci bozbaşı yeyin. Ona yumurta, soğan və 1 xörək qaşığı qara zirə toxumu əlavə edin. Bir də, sınıq yerinə qoyulmuş sarğının kənarlarından görünən yerlərə əlavə olaraq qara zirə yağı çəkin (sürtün). Sarğı açılıb götürüldükdən sonra, sınıq yerlərinə istiləşdirilmiş qara zirə yağı sürtüb masaj edin.

40. DAŞLAR:
Bir fincan üyüdülmüş qara zirəni bir stəkan təbii balla qarışdırın və ona ət maşınında çəkilmiş 3 diş sarımsaq da qarışdırın. Hər gün yeməkdən qabaq hazırladığınız qarışığın üçdə bir hissəsini qəbul edin. Qəti təklif olunur ki, bundan sonra hökmən bir neçə limon dilimini qabığı ilə yeyəsiniz. Bu, daşların düşməsinə səbəb olacaqdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
ehmed
  • ehmed
  • 17 Haziran 2017 16:50
ЗайкА),bu qarazure yagin hardan tapmaq olar
Ayaz
  • Ayaz
  • 9 Şubat 2015 20:31
melumatiniz ucun tesekkurler
_ESTRELLA_
cooox faydalidir .....
Omrum Ikimizin
ALLAH razi olsunnnnnnnnnnnn
lenkeranka
bilmirdim melumata gore tewekkruelr
Jessica


bunda oxuduqdan sonra bele qerara geldimki her evde olması gereken bir bitki vastesidi düz kitabı var mende oxumuşam amma bu qeder çox faydası olduqunun bilirdim sef etmiremse hele ardıda var.......Teşekkürler



.::American Girl::.
Sağ olun maraqlıdır və xeyri çoxdur
Miss_Kapriss
MasaAllah cox xeyirli bitkidir...goze de xeyirli oldugunu da bilirdim))
ЗайкА)
MaşAllah nə qədər xeyiri var

ƏN SON XƏBƏRLƏR

HAMISI
2020-ci il ən çox kimləri SEVİNDİRƏCƏK? - Ağ Siçan ilinin bürclər üzrə PROQNOZU
21:30
817

2020-ci il ən çox kimləri SEVİNDİRƏCƏK? - Ağ Siçan ilinin bürclər üzrə PROQNOZU

Payız Xəzanı Yazılı Şəkilləri 2020 (3)
21:00
548

Payız Xəzanı Yazılı Şəkilləri 2020 (3)

15.12.2019 Gündəlik Bürclər (15 Dekabr 2019)
20:00
1 946

15.12.2019 Gündəlik Bürclər (15 Dekabr 2019)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (349)
19:00
631

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (349)

2020 Yeni il Şəkilləri (14)
18:30
304

2020 Yeni il Şəkilləri (14)

Sevgi Testi – Psixoloji Test
18:00
396

Sevgi Testi – Psixoloji Test

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (349)
17:00
490

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (349)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
203

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Günorta yuxusunun faydası daha çoxdur - Mütəxəssislər
15:00
90

Günorta yuxusunun faydası daha çoxdur - Mütəxəssislər

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ