Qara Zirə Və onun Yağı ilə Müalicə üzrə Tövsiyyələr - 5

22 Ağustos 2014
2 611
0
Qara Zirə Və onun Yağı ilə Müalicə üzrə Tövsiyyələr - 5
Qara Zirə Və onun Yağı ilə Müalicə üzrə Tövsiyyələr - 5

41. SİDİK İFRAZININ ÇƏTİNLƏŞMƏSİ:

Hər gün yuxudan qabaq qasıq sahəsini qara zirə yağı ilə yağlayın və qara zirə yağını balla qarışdırıb isti-isti için.

42. SİDİYİN QEYRİ-İXTİYARİ İFRAZI:
Təmizlənmiş yumurta qabığı götürün, bərk qızdırıb toz halına gətirin, sonra onu qara zirə toxumlarının ovuntusu ilə qarışdırın. Bir həftə ərzində hər gün hazırlanmış tozdan bir stəkan südə bir çay qaşığı əlavə edib için.

43. DALAQ:
Üyüdülmüş qara zirə toxumlarından və zeytun yağından ibarət qarışığı axşam çağı qızdırın, sonra onu qızdırma vasitəsi kimi sinə qəfəsindən aşağı sol böyür üstə qoyun.

44. SOYUQDƏYMƏ:
1 stəkan suya 1 xörək qaşığı qara zirə yağı tökün və od üstə qoyun. Su qaynayanda başınızı dəsmalla örtüb buxarı nəfəsinizə çəkin. Bu proseduranı yatana yaxın keçirin. Həmçinin səhər və axşam üyüdülmüş qara zirə toxumları ilə kəklikotundan dəmlənmiş bir stəkan çay için.

45. ÜRƏK SAĞLAMLIĞI:

Ürəyinizin sağlamlığı üçün mümkün qədər daha çox və daimi olmaq şərtilə qara zirəni istənilən formada təbii balla qəbul edin.

46. BÖYRƏK SANCILARI:

Cirə, nana və kumini bərbər miqdarda götürüb yaxşıca dəmləyin, bir qədər bal qatıb şirinləşdirin və 7 damcı qara zirə yağı əlavə edin. İsti-isti için və həmçi nin ağrıyan yerə qara zirə yağından sürtün. Ağrı, Allahın köməyi ilə, çox keçməyən bir müddətdən sonra sakitləşəcəkdir.

47. İSHAL:
Vəzəri şirəsinə qara zirə qatın və hər gündə 3 dəfə 1 stəkan qəbul edin. İslah elə səhəri gün və ya bir qədər əvvəl kəsilməlidir. Qəbzlik olmaması xatirinə bu qatışığın qəbulu ilə müalicəni dərhal kəsmək lazımdır.

48. YÜKSƏK TURŞULUQ:
Bir neçə damcı qara zirə yağını bir stəkan isti südə damızdırın, ona istədiyiniz qədər bal və ya şəkər qatın və için.

49. BİLQARSİOZ – SİDİK YOLLARININ XƏSTƏLİYİ:
Bu xəstəlik sidik yollarının parazit helmintozlarla yoluxmasından törəyir. Hər gün 1 qaşıq qara zirəni səhər və axşam (bir tikə çörək və pendirlə) yeyin. Yatmazdan əvvəl sağ böyrünüzə qara zirə yağı çəkin. Bu proqramı sonrakı üç ayda da yerinə yetirməyiniz tövsiyə edilir.

50. BAĞIRSAQ QURDLARI:
Bir qaşıq qara zirə yağı, 3 diş sarımsaq, 1 qaşıq zeytun yağı, bir qədər ədviyyat və 10 ədəd boranı tumu götürüb, çörək arasına qoyub hər səhər qayna-dılmış suda saxlanmış şüyüdlə yeyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.